”Dəyişikliklər Azərbaycan manatının dollara nəzərən məzənnəsinə təzyiqləri də artıracaq”
“Manat yenidən sınaq qarşısındadır”. Bu fikri iqtisadçı Qubad İbadoğlu öz Facebook səhifəsində yazıb.
İqtisadçının sözlərinə görə, Böyük Britaniyada keçirilən referendum nəticəsində bu ölkənin Avropa Birliyini tərk etməsinə dair təklifin çoxluq tərəfindən dəstəklənməsi dünya bazarlarında yeni təlatümlər yaradıb: “Məlum hadisədən sonra dollara nəzərən ingilis fund sterlinq 7,18 faiz, avro isə 2 faiz bir gündə dəyər itirib, həmin gün brent markalı xam neftin qiyməti isə 2 dollara qədər və ya 3,83 faiz ucuzlaşıb. Eyni zamanda bu hadisədən sonra fond bazarlarında səhmlərin dəyərində də dəyiişikliklər müşahidə olunur. Belə ki, ABŞ iqtisadiyyatında əhəmiyət kəsb edən Dow Jones Sənaye və Standard and Poor 500 indekslərinin dəyər qazanıb, Asiya iqtisadiyyatına təsiri olan NASDAQ və Nikkei indeksləri isə dəyər itirib. Bu dəyişikliklər Azərbaycan manatının dollara nəzərən məzənnəsinə təzyiqləri də artıracaq”.
Qubad İbadoğlunun fikrincə, dünyada dolların mövqeyini möhkəmləndirən bu cür tendensiyalar, o cümlədən Türkiyə və Rusiya kimi inkişaf etməkdə olan ölkələrin milli valyutalarının məzənnəsinə də təsirsiz ötüşməyəcək.