Qubad İbadoğlu istefa verdi

İqtisadçı «Mədən Sənayesində Şəffaflığın Artırılması» Koalisiyasının Şura üzvlüyündən və Çoxtərəfli Qrup üzvlüyündən çıxıb

Source:

İqtisadçı «Mədən Sənayesində Şəffaflığın Artırılması» Koalisiyasının Şura üzvlüyündən və Çoxtərəfli Qrup üzvlüyündən çıxıb

Azərbaycan Demokratiya və Rifah Hərakatının sədri, iqtisadçı Qubad İbadoğlu «Mədən Sənayesində Şəffaflığın Artırılması» Koalisiyasının Şura üzvlüyündən və Çoxtərəfli Qrup üzvlüyündən istefa verib.

Aznews.az-ın məlumatına görə, Qubad İbadoğlunun müraciəti əsasında bu barədə qərar «Mədən Sənayesində Şəffaflığın Artırılması» Koalisiyasının bu gün keçirilən iclasında qəbul edilib.

Qubad İbadoğlu «Mədən Sənayesində Şəffaflığın Artırılması» Koalisiyasının Şurasına bu barədə müraciət etmişdi. O, müraciətində hazırda iştirak etdiyi proqramın müddətinin uzadılması ilə bağlı ilin sonunadək ABŞ-da qalacağını bildirib. Növbəti aylarda Koalisiyanın qarşısında daha vacib işlərin olduğunu və Şura üzvü, ÇQ üzvü kimi fəaliyyət göstərib töhfə vermək imkanlarının məhdudluğunu bildirən Q.İbadoğlu seçkili orqanlarda təmsilçiliyinin Koalisiya əsasnaməsinə uyğun həll edilməsini xahiş etmişdi.

Qubad İbadoğlu Meydan TV-yə xəbəri təsdiqləyib: “Mən Koalisiyanın Əsasnamə tələblərinə uyğun surətdə və qurumun üzvü olan digər həmkarlarımın da seçilmək hüququna hörmət edərək, belə bir müraciətlə təxminən 20 gün əvvəl Koalisiya Şurasına məktub ünvanlamışdırm. Onlar da mənim müraciətimə baxaraq, istəyimi nəzərə alıb. müvafiq qərar qəbul ediblər. Bu, prosedur tələbidir. Hazırda mən Mədən Sənayesində Şəffaflıq Koalisiyasının sıravi üzvü və eyni zamanda Beynəlxalq İdarə Heyətinin tam hüquqlu üzvü olaraq bu istiqamətdə fəaliyyətimi davam etdirirəm”.

Ana səhifəXəbərlərQubad İbadoğlu istefa verdi