Qubad İbadoğlu: Əlillik meyarlarında nəzərə alınmayan məqamlar var

Bildirilir ki, sağlamlıq imkanları məhdudluq da bu əsasda təyin olunacaq. Əlilliyin qiymətləndirilməsi şəxsin özünəqulluq, sərbəst hərəkətetmə, istiqamət seçmə, ünsiyyət, davranışına nəzarət etmə, öyrənmə və əmək fəaliyyəti üzrə insanın həyat fəaliyyətinin 7 əsas kateqoriyasının məhdudlaşma dərəcəsi əsas götürülməklə aparılacaq.

Source: Specify Source


"Əlil var, hərəkət edə bilmir, görmür, amma bu məqam meyarlara salınmayıb”

“Əlilliyin təyin olunması ilə əlaqədar edilən dəyişiklikdə nəzərə alınmayan məqamlar var. Beynəlxalq standartlarda olan dörd əlillik dərəcələri özləri də kateqoriyalara bölünür. Azərbaycanda tətbiq olunacaq qaydalarda kateqoriyalar olsaydı, beynəlxalq standartlara yanaşma kimi qəbul edilə bilərdi”.

ADR Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hazırladığı “Əlilliyin müəyyən olunması meyarları” ilə əlaqədar qanunvericilik layihəsini şərh edərkən belə deyib.

O, Meydan TV-yə bildirib ki, vacib məsələ əlillik qrupu daxilində kateqoriyaların müəyyənləşdirilməsidir: “Əlillər bəzən bir sıra səbəbdən əmək qabiliyyətini itirir. Məsələn, hərəkət məhdudiyyəti olan əlil var ki, digər orqanları qaydasındadır. Əlil də var, hərəkət edə bilmir, üstəlik, görmə qabiliyyəti yoxdur. Bu məqam yeni qanunvericilikdə tənzimlənməyəcək”.

Ekspert deyir ki, əlillik dərəsəsinin verilməsi ilə bağlı ciddi problemlər, süründürməçilik əvvəl də mövcud olub: “Yeni qanunvericiliyə əsasən, əlilliyin verilməsi sərtləşdirilib. Görünür, bundan sonra əlillik dərəcəsini almaq çox çətin, uzun, məşəqqətli bir prosesə çevriləcək. Onsuz da tənzimləyici orqanlar bu prosesi xeyli ləngidir. Bununla əlaqəli xeyli şikayətlər var. Hesab edirəm ki, qanunvericilik bazasının idarə olunması və tənzimlənməsi istiqamətində müsir standartlara, qaydalara uyğun fəaliyyət nəzərdə tutulmalıdır ki, əlillik dərəcəsi də vaxtında verilsin”.

Qubad Ibadoglu (3).jpg
Qubad İbadoğlu

Azərbaycanda əlilliyin təyin edilməsi sistemində dəyişiklik olacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanan “Əlilliyin müəyyən olunması meyarları” ilə əlaqədar layihə paketi Milli Məclisə təqdim edilib.

Gələn ildən tətbiqi nəzərdə tutulan yeni meyarlarla əlillik artıq 3 dərəcə üzrə məhdud çərçivədə deyil, orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi prinsipi əsasında, həm də xəstəliyin ağırlıq dərəcəsi nəzərə alınmaqla təyin olunacaq:


I dərəcə – orqanizmin funksiyalarının 81-100 faiz itirilməsi,


II dərəcə – orqanizmin funksiyalarının 61-80 faiz itirilməsi,


III dərəcə – orqanizmin funksiyalarının 31-60 faiz itirilməsi kimi müəyyən ediləcək.

Bildirilir ki, sağlamlıq imkanları məhdudluq da bu əsasda təyin olunacaq. Əlilliyin qiymətləndirilməsi şəxsin özünəqulluq, sərbəst hərəkətetmə, istiqamət seçmə, ünsiyyət, davranışına nəzarət etmə, öyrənmə və əmək fəaliyyəti üzrə insanın həyat fəaliyyətinin 7 əsas kateqoriyasının məhdudlaşma dərəcəsi əsas götürülməklə aparılacaq.

Ana səhifəSosialQubad İbadoğlu: Əlillik meyarlarında nəzərə alınmayan məqamlar var