Qubad İbadoğlu: Depozitlərin geri çəkilməsi banklara siqnaldı

“Təəssüf ki, Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası bu prosesləri müşahidə mövqeyindədir”.

Source:

“Təəssüf ki, Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası bu prosesləri müşahidə mövqeyindədir”.

“Əhalinin banklarda əmanətlərini geri çəkməsinin iki mühüm səbəbi var.

Son 5 ayda əhalinin banklarda olan əmanətləri 2 milyard manat və ya 20,1 faiz azalıb. Bunun başlıca səbəbi banklara əhali tərəfindən olan etimadsızlıqdır”.

Bunu iqtisadçı Qubad İbadoğlu öz Facebook səhifəsində yazıb. İqtisadçı deyir ki, son zamanlar bankların maliyyə vəziyyətində müşahidə olunan qeyri-sabitlik əmanətçilər arasında ciddi narahatçılığa səbəb olub: “Belə ki, bu ilin yanvar-may aylarında kredit qoyuluşunun 8,9 faiz azalması ilə yanaşı problemi kreditlərin həcminin 9,9 faiz artması onsuz da iqtisadi durumu pis olan bankların inamı daha da sarsıdıb. “Texnika bank”dan sonra “Standart bank”da maliyyə gərginliyini yaşayan müştərilərin vəziyyətinə düşməməyin yolunu digər banklardan da depozitlərini geri çəkməkdə görən əmanətçilərin sayının xeyli artması və onun getdikcə kütləvi xarakter alması bank sistemi üçün ciddi siqnal hesab oluna bilər. Təəssüf ki, nəinki Mərkəzi Bank, hətta Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsi də bu prosesləri müşahidə mövqeyindədir.

Əhalinin banklardan əmanətlərini geri çəkməyinin digər səbəbini isə əhalinin getdikcə yoxsullaşması, əvvəlki kimi dolana bilməməsi ilə izah etmək olar. Bu isə Azərbaycan iqtisadiyyatının kiçilməsinə görə bağlanan biznes strukturlarının, məhdudlaşan investisiya layihələrinin, ixtisar olunan iş yerlərinin, dəyərsizləşən əmək haqqı və pensiyaların, eləcə də bahalaşan qiymətlərə görə artan xərclərin yaratdığı yeni sosial-iqtisadi mühitin müasir tələbləri kimi qiymətləndirilə bilər. Bü mühitdə xüsusilə də orta təbəqənin şəxsi ehtiyatların tükənməsi onların bank yığımlarını geri çəkib istehlaka yönəltməsini şərtləndirir. Bu isə nə banklar və nə də depozitlərini geri çəkən müştərilə üçün yaxşı perspektiv vəd etmir. Çünki bu əməliyyat nəticəsində hər iki tərəf – həm banklar, həm də əmanətçilər potensial qazanclarından məhrum olurlar”.

Ana səhifəXəbərlərQubad İbadoğlu: Depozitlərin geri çəkilməsi banklara siqnaldı