Qubad İbadoğlu: “Cahangir Hacıyevin istefası özəlləşdirmə ilə əlaqəli ola bilər”

“Bundan daha çox itirən bankın səhmlərinin 49,8 faizinə malik olan özəl səhmdarlar ola bilər”

Source:


“Bundan daha çox itirən bankın səhmlərinin 49,8 faizinə malik olan özəl səhmdarlar ola bilər”

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Cahangir Hacıyevin istefası müxtəlif səbəblərlə istefa izah olunsa da, rəsmi məlumatda onun səhhəti ilə bağlı istefa verdiyi bildirilir.

Bankdan APA-ya verilən məlumata görə, Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurasının martın 18-də keçirilmiş iclasında Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyevin səhhəti ilə əlaqədar tutduğu vəzifədən azad edilməsi barəsində ərizəsi təmin edilib.

İdarə Heyəti sədrinin vəzifəsinin müvəqqəti icrası İdarə heyəti sədrinin birinci müavini Emil Mustafayevə həvalə edilib.

İstefanı öz Facebook səhifəsində şərh edən iqtisadçı Qubad İbadoğlu bildirib ki, bank sektorunun ağrılı keçid dövrünə qədəm qoyduğu hazırkı şəraitdə bank aktivlərinin ümumi həcmində və kredit portfelində bazar payı 40 faizdən, depozitlərdə bazar payı 50 faizdən çox olan, eləcə də 1 milyona qədər müştəri ilə işləyən Beynəlxalq Bankın İdarə Heyəti sədrinin istefası bu bazarda riskləri bir az da artıracaq. Bundan daha çox itirən bankın səhmlərinin 49,8 faizinə malik olan özəl səhmdarlar ola bilər. Bankın səhmlərinin 50,2 faizi dövlətə məxsusdur və Maliyyə Nazirliyi tərəfindən idarə olunur”.

İqtisadçı hesab edir ki, Beynəlxalq Bankın rəhbərinin hazırkı həsas dövrdə qəfil istefası dövlətə məxsus olan səhmlərin özəlləşdirilməsi və bankın yenidən strukturlaşması ilə əlaqədar ola bilər.

“Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycana müntəzəm səfər edən misiyası dəfələrlə Beynəlxalq Bankın kapitalizasiyası planı ciddi narahatlıq ifadə etmiş və misiya bankın kapitalizasiyası ilə paralel, ABB-da beynəlxalq praktikaya uyğun şəkildə restrukturizasiya aparmağı tövsiyə edib. Odur ki, hazırkı istefa ilə bankın gələcəkdə özəlləşdiirlməyə açılması arasında əlaqə olması şübhə doğurmur və bu istefanı bank kapitalı uğrunda oliqarxlar arasında çoxdan başlamış gizli mübarizənin ilkin nəticəsi kimi qiymətləndirmək mümkündür”,- deyə İbadoğlu fikrini tamamlayıb.

Ana səhifəXəbərlərQubad İbadoğlu: “Cahangir Hacıyevin istefası özəlləşdirmə ilə əlaqəli ola bilər”