Qubad İbadoğlu: Bu templə Ağdamı minalardan təmizləmək üçün 11,8 il lazım gələcək

“Bir həftədə 158 mina zərərsizləşdirilib”

Source:


"Bir həftədə 158 mina zərərsizləşdirilib"

İyunun 21-dən 25-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 84 piyada əleyhinə, 74 tank əleyhinə mina və 134 partlamamış hərbi sursat zərərsizləşdirilib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumat

paylaşıb

.

ANAMA bildirib ki, 1 139 168 m² (114 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

"Müharibə bitsə də, yerin altına basdırılan gizli düşmənlər – minalar hələ də can almaqda davam edir”.

ANAMA-nın maarifləndirmə işləri üzrə şöbə müdiri Ramil Əzizov Beynəlxalq Qızıl Xaç Komitəsinin təşkil etdiyi tədbirdə çıxışı zamanı belə deyib.

Bildirib ki, bu gün beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti qurumları "2025-ci ildə minasız dünya" arzusu ilə vahid platforma ətrafında bir araya gəlib: “Mən Azərbaycanda mina təhlükəsinə dair tədbirləri həyata keçirən müvafiq qurumları, həmçinin minadan zərərçəkənlərin sosial-iqtisadi inteqrasiyası ilə məşğul olanları vahid platformada bir araya gəlməyə çağırıram”.

İyunun 12-də Ermənistan Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələri Azərbaycana verib. Bunun müqabilində isə saxlanılan 15 nəfər Ermənistan vətəndaşı Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.

İqtisadçı Qubad İbadoğlu ANAMA-nın açıqladığı məlumatla bağlı bildirir ki, bir həftə ərzində tapılan və zərərsizləşdirilən tank və piyada əleyhinə minaların sayı hələ uzun illər problemin tam bitməyəcəyindən xəbər verir: “Bir həftədə 158 mina zərərsizləşdirilib, bu o deməkdir ki, bu templə yalnız Ağdam rayonunu minalardan təmizləmək üçün 11,8 il lazım gələcək”.

Prezident İlham Əliyev bir qədər öncə xarici səfirlərin ertimadnaməsini qəbul edəndə “beynəlxalq təşkilatların fəal təmasları sayəsində ermənilərin basdırdığı minalar haqqında müəyyən informasiyanın alınmasına yaxınlaşırıq”, – deyə bildirmişdi.

“Ümid edirəm ki, tezliklə yaxşı xəbərlər olacaq. Lakin bu nəticələri əldə etmədən öncə heç nə söyləmək istəmirəm. Ermənistan bizə bütün minaların, basdırdıqları bütün yüz minlərlə minaların xəritəsini verməlidir. Əgər onlar bunu etməsələr, bu, bir daha bu ölkənin terrorçu xislətini nümayiş etdirəcək”, – İlham Əliyev bildirmişdi.

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Noyabrın 9-u, döyüşlərin dayandırılmasına qədər Azərbaycan tərəf 280 civarında kəndi, dörd qəsəbəni və beş şəhəri işğaldan azad etdiyini açıqlamışdı.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb.

Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb.

Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Beynəlxalq sənədlərdə Azərbaycanın tərkib hissəsi kimi tanınan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi isə Ermənistanın və Rusiya sülhməramlılarının nəzarətində qalıb.

Ana səhifəXəbərlərQubad İbadoğlu: Bu templə Ağdamı minalardan təmizləmək üçün 11,8 il lazım gələcək