Qubad İbadoğlu: Brokerlər iş adamlarının kabusuna çevrilib

Onlara icazəni Dövlət Gömrük Komitəsi verir

Source:


Onlara icazəni Dövlət Gömrük Komitəsi verir

Qubad İbadoğlu, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu hesab edir ki, xarici iqtisadi fəaliyyətin iştirakçısı olan sahibkarların şikayətləndirdiyi sahələrdən biri də gömrük brokerlərinin qanunsuz fəaliyyəti ilə əlaqədardir. Bu istiqamətdə mövcud olan əsas şikayətlər brokerlərin inhisarçıların təmsilçiləri kimi çıxış edərək azad sahibkar tərəfindən idxal olunan malları əvvəlcədən yasaqlamaqla ölkəyə buraxmaması və ya razılıq alınmadan gətirilmiş idxal mallarına məcburi gözləmə mövqeyi tətbiq etməklə azad sahibkarı əlavə xərcə salması, gömrük əməkdaşlarının brokerlərin “razılığını” ilə işləməsi və onlar vasitəsilə gömrük rüsumu və vergiləri adı ilə yığılmış vəsaitlərin büdcədən yayındırılmasıdır. Bir sözlə iş adamlarının kabusuna çevrilən bu qurum azad sahibkarlara əngəl yaratmaqla yanaşı həm də dövlət büdcəsinə ödənişlərin yayılmasına xidmət edirlər. Müxtəlif MMC adı altında fəaliyyət göstərən gömrük broker şirkətləri 5 il müddətinə fəaliyyətinə xüsusi razılıq (lisenziya) alırlar. İcazənin verilməsinə görə ödənişin məbləği 11000 manatdır. İcazəni verən icra orqanın adı

Dövlət Gömrük Komitəsidir.

Bu barədə fikirlərini Facebook səhifəsində paylaşan iqtisadçı bildirib ki, Nazirlər Kabinetinin 17 saylı, 23 yanvar 2014-cü il tarixli qərarı ilə təsdiq olunan “Gömrük təmsilçiliyi, o cümlədən gömrük brokeri fəaliyyətini tənzimləyən Qaydalar”a görə gömrük rəsmiləşdirilməsi ilə əlaqədar əməliyyatları gömrük brokerinin adından yerinə yetirmək istəyənlər Dövlət Gömrük Komitəsindən ixtisas attestatı almalıdırlar. Nazirlər Kabinetinin 207 saylı 19 sentyabr 2012-ci il tarixli qərarı ilə “Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının verilməsi, fəaliyyətinin dayandırılması və ləğv edilməsi” qaydalarə təsdiq edilib. Qaydalara görə, bu məqsədlə müraciət edənlərin müvafiq biliyə malik olub-olmaması Komitə tərəfindən müasir texnologiyalardan istifadə edilməklə, test üsulu ilə müəyyən edilir.

“Maraqlıdır ki, hər iki qayda həm ixtisas atestatının və həm də xüsusi razılıq (lisenziya) verilməsi və ləğv edilməsi səlahiyyətlərini vahid mərkəzdə cəmləşdirirək Gömrük Komitəsinə verib. Bu isə o deməkdir ki, Gömrük Komitəsi istədiyi şirkəti broker seçə və istədiyi şirkətin lisensiyasını istənil vaxt geri ala bilər. Bu isə brokerlərin Gömrük Komitəsindən birbaşa asılılığını yaradır. Digər problem məsələ isə hər gömrük sərhəd buraxılış məntəqəsi üzrə ən azı 2 (iki) hüquqi şəxsə gömrük brokeri fəaliyyəti üçün lisenziya verilməsi ilə bağlıdır. Ötən ildən edilən bu dəyişiklik proqressiv olaraq iş adamlarının seçim imkan larını artırılmasına və gömrükdə inhasırçılığın aradan qaldırılmasına xidmət etsə də, praktikada mövcud olan problemləri həll edə bilmədi. Odur ki, sahibkarın gömrük broker şirkətlərini seçim imkanının artırılması üçün hər gömrük sərhəd buraxılış məntəqəsi üzrə daha çox şirkəyə lisenziyanın verilməsi stimullaşıdırılması yolu ilə rəqbətli mühitin yaradılmasıdır. Əks tədqirdə inhisarçı şirkətlər “özəlləşdirdiyi” gömrük brokerləri vasitəsilə bazara girişdə hökmran mövqelərini saxlamayacaqlar. Digər tərəfdən həlli vacib olan məsələlərdən biri də gömrük brokerlərinin gömrük orqanlarından və yaxud əksinə gömrük orqanlarının gömrük brokerlərindən asılılığının aradan qaldırılmasıdır. Bunun üçündə də lisenziya və ixtisas attestatının verilməsi qaydalarında müvafiq dəyişikliklər edilməli, lisenziya verən mərkəzi icra hakimiyyəti orqanı icraçı orqan olmamalıdır”,-deyə İbadoğlu fikirlərini bitirib.

Ana səhifəXəbərlərQubad İbadoğlu: Brokerlər iş adamlarının kabusuna çevrilib