Market

Mənbə: arxiv

Başlıq: Market

Qubad İbadoğlu: Komitə deyir ki, əhali pulunu əsasən ərzaqa, geyimə və dərmana xərcləyir

Məqalə yeniləndi:  7 Yanvar 2021

"İnkişaf etmiş ölkələrdə xərclərinin 35 faizindən çoxunu ərzaqa xərcləyənlər yoxsul hesab olunurlar"

2020-ci ilin 11 ayı ərzində insanlar pərakəndə ticarət şəbəkəsindən 35 milyon manatlıq məhsul alıb.

Onlardan təxminən 19 milyon manatı ərzaq məhsulları, içkilər və tütün məmulatları, 16 milyon manatı isə qeyri-ərzaq mallarıdır.

Dövlət Statistika Komitəsinin yaydığı hesabatda belə deyilir.

Hesabat 2020-ci ilin yanvar-noyabr aylarını əhatə edir.

Komitə bildirir ki, 35 milyon 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çoxdur.

Ticarət dövriyyəsi qeyri-ərzaq malları üzrə 6 faiz azalıb, ərzaq məhsulları, içki və tütün məmulatları üzrə 3,1 faiz artıb: “Elektron ticarət dövriyyəsi də ötən ilə baxanda 2,4 dəfə çoxdur”.

Cədvəl

Cədvəl

Mənbə: Meydan TV

Komitə bildirir ki, alınan mallara xərclənən vəsaitin 48,7 faizi ərzaq məhsullarının, 5,1 faizi içki və tütün məmulatlarının, 16,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,6 faizi elektrik malları və mebellərin, 5,3 faizi avtomobil benzini və dizel yanacağının, 1,8 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,3 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub: “Hər bir adama düşən orta aylıq xərcləmə 319,3 manat olub. Bu, 2019-cu illə müqayisədə 3,3 manat çoxdur”.

İqtisadçı Qubad İbadoğlu deyir ki, ötən ilin 11 ayındadərman alınmasına 644 milyon manat, yanacağa 1milyard 869 milyon manat xərcləyən istehlakçı kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının alınmasına cəmisi 286,8 milyon manat ödəyib.

Qubad İbadoğlu

Qubad İbadoğlu

Mənbə: arxiv

Xüsusilə də pandemiya dövründə texniki avadanlığa, telekommunikasiyaya və çap məhsullarına ticarət şəbəkələrindəki cəmi xərcləmələrin 0,8 faizinin yönəldilməsi onu göstərir ki, əhalinin texniki tərəqqinin müasir nəticələrinə çıxışı çox aşağıdır: “Əhali pulunu əsasən ərzaqa, geyimə və dərmana xərcləyir. Yeri gəlmişkən, onu da qeyd edim ki, inkişaf etmiş ölkələrdə xərclərinin 35 faizindən çoxunu ərzaqa xərcləyənlər yoxsul hesab olunurlar. Halbuki Azərbaycanda bu göstərici - 53,8 faizdir, yoxsulların isə 5,1 faiz olduğu iddia olunur”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  7 Yanvar 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/jk5qs5

Ən çox baxılan