Qubad İbadoğlu Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri seçildi

Source:

Fevralın 21-də Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının təsis konfransı keçirilib. Meydan TV-in tədbirdə olan əməkdaşının məlumatına görə, Qubad İbadoğlu açıq səsvermə nəticəsində səslərin əksəriyyətini qazanıb.

Konfrans üzvlərinin 1-i bitərəf qalmaqla, qalanları Q. İbadoğluna səs veriblər.

ADR sədrliyinə namizədliyi irəli sürülmüş Səxavət Əlisoy, Ədalət Yusifov, Əhliman Abbasov, Vurğun Əyyub və Ellada Məmmədli namizədliklərini geri götürüblər.

Ana səhifəXəbərlərQubad İbadoğlu Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri seçildi