Yolda hərəkətin bərpası üçün işlər davam etdirilir
Bu gün Quba – Xınalıq yolunda qar uçqunu baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, qar uçqunu yolun 36 və 37-ci kilometrliyində qeydə alınıb. Yolda avtomobillərin hərəkəti məhdudlaşıb. Əraziyə Quba 6 saylı Yol İstismar Sahəsinin texnikası cəlb olunub.
Yolda hərəkətin bərpası üçün işlər davam etdirilir.