Quba rayonunda dindarlara qarşı əməliyyat keçirilib

Rayon sakini Tehran Əmiraslanovun mənzilindən 54 ədəd dini kitab və 16 ədəd audio kaset müsadidrə olunub

Source:


Rayon sakini Tehran Əmiraslanovun mənzilindən  54 ədəd dini kitab və 16 ədəd audio kaset müsadidrə olunub

Qubada radikal dini təriqət üzvlərinə qarşı əməliyyat keçirilib.

Əməliyyat polisə daxil olmuş məlumat əsasında rayon sakini Tehran Əmiraslanovun yaşadığı mənzildə gerçəkləşdirilib.

Rayon Polis Şöbəsindən APA-ya deyiblər ki, əməliyyat zamanı T. Əmiraslanovun qadağan olunmuş dini təriqətlərdən birinin təbliği ilə əlaqədar evində yığıncaq təşkil etdiyi müəyyənləşib. Mənzilə baxış zamanı 54 ədəd dini kitab və 16 ədəd audio kaset müsadidrə olunub.

Tehran Əmiraslanov və yığıncaqda iştirak edən 22 nəfər saxlanılaraq barələrində tədbir görülüb.

Ana səhifəXəbərlərQuba rayonunda dindarlara qarşı əməliyyat keçirilib