Qrunt suları Binəqədidə evləri basıb

”Həyət evləri, həyətyanı sahələr su ilə dolub”

Source:


”Həyət evləri, həyətyanı sahələr su ilə dolub”

Qrunt sularının səviyyəsinin qalxması Binəqədidə həyətləri su altında qoyub.

Məlumatı APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov verib. Bildirib ki, subasma “White Palace” şadlıq sarayının arxasındakı sahədə baş verib:

“Həyət evləri, həyətyanı sahələr su ilə dolub. Bəzi yerlərdə xırda gölməçələr əmələ gəlib”.

Rafiq Həəsnov bildirib ki, subasma hadisəsi son aylar əraziyə düşən atmosfer yağıntılarının təsirindən baş verib:

“Qrunt sularının səviyyəsinin qalxması ilə bərabər, atmosfer yağıntıları da toplanıb. Nəticəsi də göz önündədir”, – deyə R. Həsənov qeyd edib.

Son illər Bakının Binəqədi rayonunda yağıntılardan sonra evləri və həyətlər tez-tez su basir. Bu, rayonda normadan artıq məskunlaşma və kanalizasiya sisteminin lazımı səviyyədə işləməməsi ilə də izah edilir.

Ana səhifəXəbərlərQrunt suları Binəqədidə evləri basıb