Qrant verilməsi qaydasındakı bəzi qadağalar ləğv edilir

Nazirlər Kabineti qrant verilməsi qaydalarına dəyişiklik edib

Source:


Nazirlər Kabineti qrant verilməsi qaydalarına dəyişiklik edib

Qrant vermək hüququ əldə etməmiş xarici donorlarla qrant müqaviləsi bağlanılmasına qoyulan qadağa ləğv edilə bilər.

Nazirlər Kabinetinin “Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası”nda dəyişikliklər etdiyi bildirilir.

APA yazır ki, bu qaydalar beynəlxalq qurumların və xarici hökumətlərin Azərbaycan ərazisində qrant vermək hüququnun əldə olunması qaydasını tənzimləyir:

“İndiyə qədər Maliyyə Nazirliyi hər il iki dəfə qrantın maliyyə-iqtisadi baxımdan məqsədəuyğunluğuna dair təqdim etdiyi rəylər barədə İqtisadiyyat Nazirliyinə, Ədliyyə Nazirliyinə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə məlumatlar təqdim edib. Bundan sonra proses paralel aparılacaq”.

Sənədlər tam təqdim olunmadıqda, müraciət etmiş şəxsə geri qaytarılacaq və çatışmazlıqların aradan qaldırılmasından ötrü əlavə olaraq 10 gün müddət təyin ediləcək.

Prosedurun dəyişməsi ilə paralel Maliyyə Nazirliyinin xarici donorlara qrant vermək hüququ tanıması müddətinin də azaldıldığı bildirilib. Başqa sözlə, bu vaxta qədər müraciətə ərizə daxil olduğu gündən 15 gün ərzində baxılıb. Sənədlərin əlavə araşdırılması zərurəti yarandıqda, rəyin verilməsi müddəti 15 günədək uzadılıb. İndi isə müraciətə 7 gün ərzində baxılacağı açıqlanıb. Sənədlərin əlavə araşdırılması zərurəti yarandıqda, rəyin verilməsi müddəti də 15 gün deyil, artıq 7 günədək azaldılmalıdır.

Ana səhifəXəbərlərQrant verilməsi qaydasındakı bəzi qadağalar ləğv edilir