Qorqud Dadaşzadənin meyiti qaytarılır

“Adının açıqlanmasını istəməyən Azərbaycan vətəndaşı xəstəxanaya olan borcun yarısını ödəyib”

Source:


“Adının açıqlanmasını istəməyən Azərbaycan vətəndaşı xəstəxanaya olan borcun yarısını ödəyib”

İran İslam Respublikasının Təbriz şəhərinin “Kudəkan” xəstəxanasında vəfat edən Dadaşzadə Qorqud Rövşən oğlunun meyiti bu gün səhər saatlarında ailəsinə verilib.

Mərhumun əmisi Şəhriyar Dadaşov APA-ya bildirib ki, adının açıqlanmasını istəməyən Azərbaycan vətəndaşı xəstəxanaya olan borcun yarısını ödəyib.

Onun sözlərinə görə, borcun qalan hissəsini isə xəstəxana güzəşt edib: “Meyitin “morq”da saxlanılması ilə əlaqədar 4000 manat borc yaranmışdı. Hazırda meyitin Azərbaycana gətirilməsi üçün sənədləşdirmə işləri aparılır”.

Ş. Dadaşov bu məsələnin həllini tapmasında yardımçı olan hər kəsə təşəkkürünü bildirib.

2015-ci il aprelin 24-də Cəlilabad rayonunda anadan olan Dadaşzadə Qorqud Rövşən oğlu Təbriz şəhərində “Kudəkan” xəstəxanasında ağciyərinə düşən infeksiya nəticəsində bu il yanvarın 20-də dünyasını dəyişib.

Ana səhifəXəbərlərQorqud Dadaşzadənin meyiti qaytarılır