“Kavkazski uzel”-in materialı
Özəl yükdaşıma şirkətləri qaçqınların Yerevana və Ermənistanın müxtəlif rayonlarına pulsuz daşınmasını təşkil edib
Qorisdəki mehmanxanalar qarabağlı qaçqınlarla dolub. Bu səbəbdən qaçqınlar müvəqqəti yaşayış yeri almaq üçün uzun müddət gözləməli olurlar, – “Kavkazski uzel”in müxbiri xəbər verir.
“Kavkazski uzel” yazır ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi yerli hakimiyyətin köməyi ilə Qorisdə qarabağlı qaçqınlara yardım mərkəzi təşkil edib. Belə ki, Qorisdə onlara tibbi yardım göstərilir, qaçqınlar həmçinin azuqə, müvəqqəti yaşayış yeri və zəruri əşyalarla təmin olunurlar.
Sentyabrın 25-də qarabağlı qaçqınlar “Kavkazski uzel”in müxbirinə hərbi əməliyyatlar nəticəsində evsiz-eşiksiz qaldıqlarını söyləyiblər. Onların bir hissəsi həmin gün artıq yola düşüblər. Qaçqınların bəziləri bundan sonra qohumlarının yaşadıqları şəhərlərə getməyi planlaşdırdıqlarını deyiblər.
“Dağlıq Qarabağ”dan Sünik bölgəsinin Qoris şəhərinə hər gün qaçqınlar gəlir. Onlar yerli hakimiyyətin və Qırmızı Xaçın yaratdığı qaçqınlar üçün mərkəzə müraciət edirlər. Qoris meriyasının məlumatına görə, bütün yerli mehmanxanalar dolub. Bu səbəbdən bəzi qaçqın ailələri, o cümlədən uşaqlı ailələr müvəqqəti yaşayış yeri ilə təmin olunmaq üçün saatlarla gözləməli olur, – “Kavkazski uzel”in müxbiri xəbər verib.
Özəl yükdaşıma şirkətləri qaçqınların Yerevana və Ermənistanın müxtəlif rayonlarına pulsuz daşınmasını təşkil edib. “Dağlıq Qarabağ” sakinləri bunun sayəsində öz qohumlarının yanına gedə bilərlər. Ermənistanın mobil əlaqə operatorları həmçinin onlara mobil nömrələr təqdim edirlər, belə ki, qaçqınların bundan əvvəl istifadə etdikləri mobil əlaqə qeyri-sabit işləyir. Onlar “Dağlıq Qarabağ”dakı qohumlarına zəng vura bilmirlər.
Ağdərə (Mardakert) sakini Arpine Aruponyan “Kavkazski uzel”in müxbirinə sentyabrın 7-də övlad dünyaya gətirdiyini deyib. Söylədiyinə görə, özü ilə yalnız bir neçə əşya və sənəd götürə bilib və Qorisə bir neçə avtobus dəyişərək gəlib. Aruponyanın söylədiyinə görə, o özü ilə uşaq arabasını və uşaq əskilərini götürə bilməyib. Qorisdə Qırmızı Xaç əməkdaşları ona dərman, pampers və ədyal verib.
Qorisə Ağdərədən (Mardakert) cəmi bir neçə qaçqın ailəsi gəlib. Onlardan birinin üzvü “Kavkazski uzel”ə danışıb ki, ailəsi “Dağlıq Qarabağ”dan Ermənistana avtobusda gətirilib.
Hazırda Qorisdə olan bu və digər qaçqın ailələri saat 05.00-dan (Moskva vaxtı ilə 04.00) onlara nə vaxt müvəqətti yaşayış yeri ayrılacağını gözləyirlər. Uzun müddət gözləmə qaçqınlar üçün yaşayış yerinin çatışmazlığı ilə bağlıdır, – “Kavkazski uzel”in müxbiri xəbər verir.
2020-ci il müharibəsindən əvvəl Hadrutda yaşayıblar, sonra Xankəndiyə (Stepanakertə) köçmək məcburiyyətində qalıblar. Onlar dünən Xankəndidən (Stepanakertdən) çıxıblar və 26 saatdan sonra Qorisə gəlib çatıblar. Laçın dəhlizində tıxaclar yarandığından yol çox uzun çəkib. Yol dolu olub, nəzarət-buraxılış məntəqəsində xeyli gözləmək məcburiyyətində qalıblar. Maşınların yük yeri yoxlanılıb. Dediklərinə görə, Xankəndidə (Stepanakertdə) onların tanışlarından yalnız yanacağı və avtomobili olmayanlar qalıb. Həmin insanlar təxliyə üçün avtobuslar gözləyirlər.
“Dağlıq Qarabağ” sentyabrın 19-u keçirilmiş hərbi əməliyyat nəticəsində Azərbaycanın nəzarəti altına keçib. Sentyabrın 20-də hərbi əməliyyatın dayandırılması və “Dağlıq Qarabağın Müdafiə Ordusu”nun tərk-silah olunması barədə razılıq əldə edilib. Azərbaycan Prezidenti İlham Əliyev əməliyyatın məqsədinə çatdığını elan edib.