Qonşu qəsəbələrin hesabına Nardaranın blokadası genişlənib

Xüsusi insidentlər qeydə alınmasa da, qəsəbədə gərginlik səngimir

Source:


Xüsusi insidentlər qeydə alınmasa da, qəsəbədə gərginlik səngimir

Dekabrın 4-dən başlayaraq  Nardaran qəsəbəsinin blokada zonası qonşu Bilgəh və Maştağa qəsəbələrinin hesabına genişlənib. Nardarana yaxın bu zonalar da güc qurumlarının nəzarətinə götürülüb.

Küçələrin girəcəyində beton bloklar qoyulub, DİN-in çevik polis alayının avtomatçılarından ibarət post yaradılıb. Qəsəbəyə gələn avtomobillər yoxlanılır, onların sahiblərinin üzərində axtarış aparılır.

Blokpostlar gecə-gündüz fəaliyyət göstərir. Faktiki olaraq bu zonada fövqəladə vəziyyət tətbiq edilib.

Bilgəhdə bu zona 8-ci döngədən başlayır ki, bu da həmin bağ qəsəbəsinin yarısını əhatə edir.

Nardaranın özündə vəziyyət dəyişməz qalır. Belə ki, yerli sakinlərdən məlum olub ki, qəsəbədə avtomatçıların olduğu bir neçə blokpost yaradılb. Təkcə əsas yollar yox, ikinci dərəcəli yollar da bağlanıb. İndiyədək qaz və elekrik enerjisi verilməyib. Sakinlər hakimiyyətin smart-sayğaclar quraşdırmaq planlarından danışıblar. Bu, elektrik enerjisinin və qazın icazəsiz istifadəsini istisna edir.

Qəsəbədə gərginlik səngimir, baxmayaraq ki, xüsusi insidentlər qeydə alınmayıb. Əsas səbəb hakimiyyətin sərt qayda-qanun yaratmaq və bu gün əsas mənbə kimi Nardaranın çıxış etdiyi dini müxalifətin güclənməsinin qarşısını almaq niyyətidir.



Turan İA

Ana səhifəXəbərlərQonşu qəsəbələrin hesabına Nardaranın blokadası genişlənib