Qaz istehsalçısı olan 4 ölkənin vətəndaşları arasında qaza ən çox pul xərcləyən azərbaycanlılardır
Oktyabrın 16-da Tarif Şurasının qərarı ilə Azərbaycanda təbii
qaz
ın qiymətləri artırıldı. Qiymət artımı həm əhaliyə, həm də digər qrup istehlakçılara şamil olundu. Beləliklə, noyabrın 1-dən əhalinin 1200 kubmetrədək istifadə etdiyi təbii qazın qiyməti 2 qəpik bahalaşıb 12 qəpiyə yüksəldi. İndiyə kimi bu qiymət 10 qəpik idi. Bahalaşma 20 faizdir.
Eyni zamanda, sənaye, kənd təsərrüfatı sahələri və "Azəristiliktəchizat" ASC-yə satılan qazın qiyməti də artırıldı.
Tarif Şurası bu qərarını enerji təhlükəsizliyinin təmin olunması, iqtisadiyyatın dinamik, intensiv inkişafına əlverişli şəraitin yaradılması, dövlət büdcəsindən ayrılan subsidiyaların aradan qaldırılması və başqa amillərlə izah edib.
Qiymətlər və orta aylıq əmək haqqı
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin yanvar-aprel aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı 722 manat
olub.
Ölkədə qazın hər kubmetrinin qiyməti 12 qəpik, hər min kubmetr isə 120 manatdır. 1200 kubdan 2500 kubmetrə qədər olan istifadədə isə hər kubmetrin qiyməti 20 qəpikdən hesablanır. Bu da hər 1000 kuba 200 manat edir. Daha artıq, 2500 kubdan yuxarı istifadədə isə hər kub qaz 25 qəpikdən hesablanır ki, bu da hər 1000 kuba 250 manat edir.
Rusiyada
2021-ci ildə Rusiyada orta aylıq əmək haqqı 58,782 rubl (1413 manat)
olub
.
Rusiyada Moskva və Podmoskovye vilayətində qazın hər kubmetri 12 qəpikdir (5.05 rubl). Hər min kubmetr qazın qiyməti isə 120
manatdır
.
Peterburq və Leninqrad vilayətində isə qazın hər kubu 11,67 qəpik (4.871 rubl), min kub qazın qiyməti isə 116,70 manatdır.
Yamalo-Nenets Muxtar Vilayətində isə qazın hər kubu 7 qəpikdən (2.768 rubl) hesablanır. Min kub qazın qiyməti isə 66 manata düşür.
Türkiyədə
Türkiyədə 2021-ci ildə orta aylıq əmək
haqqı
7 min 830 tl (1384 manat) olub.
Təbii qazın isə hər 1 kubu əraziyə görə 33-49 qəpik (0,19059850 tl) arası dəyişir. Hər min kubu isə 336-486 manat
aralığındadır
.
Gürcüstanda
Qonşu Gürcüstana qazı daha çox Azərbaycan satır. Bu ölkədə 2021-ci ildə orta aylıq əmək haqqı 1328 lari (719 manat)
olub
.
Qazın bir kubunun qiyməti isə 29 qəpikdir (0.54 lari). Hər min kub qaz 290 manat
edir
.
Ermənistanda
Ermənistanda orta aylıq əmək
haqqı
206297 dramdır (737 manat).
Bu ölkə qazı Rusiyadan alır və hər kub metrinin
qiyməti
50 qəpikdir (139 dram).
Ermənistanda aztəminatlı ailələr qazın hər kubuna 35 qəpik (100 dram) ödəyir. Beləliklə, bu ölkədə əhalinin vəziyyətinə görə qaz qiymətləri 35-50 qəpik arası dəyişir. Hər min kub qazın qiyməti isə 357 – 497 manat aralığındadır.
Qazaxıstanda
Qazaxıstanda orta aylıq əmək haqqı 387,000
təngədir (1543 manat)
.
Bu ölkədə qazın qiymətləri əyalətlərə, şəhərlərə görə dəyişir. Qazın ən yüksək qiyməti paytaxt Nur Sultandadır. Bu şəhərdə qazın hər kubu 14 qəpik (34.18763 təngə), hər min kub qazın qiyməti isə 136 manatdır. Qazaxıstanda ən ucuz qaz isə Atıraus vilayətindədir. Burada qazın hər kubu 3 qəpik (7.96334 təngə), min kubu isə 31 manata
düşür
.
İranda
İran İslam Respublikasında orta aylıq əmək haqqı 44,800 iran rialıdır
(1812 manat)
.
Elə Azərbaycana qonşu ölkələr arasında ən ucuz qaz da
İrandadır
. Əhali üçün olan qazın hər kubu 1 qəpik (320 rial), hər min kubu isə 13 manatdır.
Təsərrüfat üçün olan qazın qiyməti isə daha ucuzdur. Hər bir kub 92 rialdır, 1 qəpikdən də ucuz. Beləliklə, təsərrüfatlara verilən min kub qaz 3,70 manatdır.
Hər min kub qaz orta aylıq əmək haqqının neçə faizidir?
Azərbaycanda qazın hər min kubu illik əmək haqqının (722×12=8664) 1,4 (12 qəpik) faizidir. Bu, minimum qiymətdir. Limiti keçəndə 20 və 25 qəpikdən hesablanır.
Rusiyada bu rəqəm 0,4 – 0,7 faiz, Türkiyədə 2 – 2,9 faiz, Gürcüstanda 3,4 faiz, Ermənistanda 4 – 5,6 faiz, Qazaxıstanda 0,2 – 0,7 faizdir.
Ən ucuz qaz İrandadır. Bu ölkədə qazın qiyməti illik orta aylıq əmək haqqının 0,02 – 0,06 faizidir. Yəni illik gəlirin heç 1 faizi etmir.
Qaz istehsalçısı olan 4 ölkənin (Azərbaycan, Rusiya, Qazaxıstan, İran) vətəndaşları arasında mavi yanacağa ən çox pul xərcləyən azərbaycanlılardır. Belə ki, bu ölkənin vətəndaşları illik gəlirlərinin minimum 1,4 faizini qaza xərcləyir. Bu, min kubun, yəni 12 qəpiklə hesablanan hissəsinin faizidir. Artıq işlədənlər daha çox ödəyir.
Təbii qazın qiyməti Azərbaycanda bu il artıq ikinci dəfədir artırılıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2021-ci ilin yanvar-avqust aylarında Azərbaycanda 27 milyard 917.4 milyon kubmetr qaz hasil edilib. O cümlədən, əmtəəlik qaz hasilatı 20 milyard 593.4 milyon kubmetr həcmində olub. Hesabat dövründə təbii qaz hasilatı illik müqayisədə 11.3, əmtəəlik qaz hasilatı isə 14.6 faiz artıb.