Qonaqkənd sakinləri: ”Allahın ümidinə qalmışıq…”

”Qəsəbəni sel basacaq deyə gözümüzə yuxu getmir”

Source:
foto Meydan TV
foto Meydan TV
foto Meydan TV
foto Meydan TV


”Qəsəbəni sel basacaq deyə gözümüzə yuxu getmir”

Qubanın  Qonaqkənd qəsəbəsinin sakinlərinin problemi var. Vəlvələ çayının vadisində yerləşən kəndin sakinləri Meydan TV-yə bildiriblər ki, son günlərin yağıntılarına görə dağlardan gələn sel suları artıb, kənddə günləri gün deyil:

“Vəziyyət pisdir. Bu yaxınlarda Bakı-Quba-Rusiya yolunun Vəlvələ kəndinin yaxınlığından keçən hissəsində körpünün beton dirəklərini sel yuyub aparıb”.


“Su evlərimizə qədər qalxıb”

Kənd sakini Niyatulla Orucov deyir ki, son günlər yağan güclü yağışlar və əriyən qarın nəticəsində çayın səviyyəsi  qalxaraq, evlərinin hasarlarına qədər gəlib çatıb:

foto Meydan TV
foto Meydan TV

“Su həyatyanı səhələrə dolub. Ən acınacaqlısı isə sel qəsəbədə yaşayan 1500-dən çox insanın təsərrüfatı ilə yanaşı, həyatımıza da təhlükə yaradıb. Uşaqları evdən çölə buraxa bilmirik. Qorxuruq ki, çaya düşüb boğularlar. Mal-qaraya, əkin-biçinə dəyən ziyan da öz yerində”.

Kənd sakinləri bildirirlər ki, onlar problemləri ilə bağlı dəfələrlə aidiyyatı dövlət qurumlarına müraciət ediblər. Ancaq bir tədbir görülməyib:

“Halbuki vəziyyət təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir”, – deyir Niyatulla Orucov.


“Hər an faciə baş verə bilər”

“Sürüşmə nəticəsində keçmiş Atuş kəndi ərazində Vəlvələ çayının qabağı “boğulub” və çayın məcrası genişlənib, suyun da səviyyəsi qalxıb. Gecələr sel qəsəbəni basacaq deyə gözümüzə yuxu da getmir. Hər an faciə baş verə, camaat su içində qala bilər. Sentyabrın 2-si və 24-ü, oktyabrın 13, 15 və 17-si çayın səviyyəsi evlərə qədər qalxmışdı. Elə sentyabrda biz Fövqəladə Hallar Nazirliyinə  sel  təhlükəsi ilə bağlı teleqaram vurduq. Onlar teleqaramı nazirliyin nəzdində olan Tikintidə Təhlükəsizliyinə Nəzarət Dövlət Agentliyinə yönəldib. Bir müddətdən sonra çox qəliz və qeyri-konkret bir cavab aldıq. Normal heç nə yazmamışdılar. Belə başa düşdüm ki, onlar nəsə tədbir görməyə tələsmirlər. Daha doğrusu, istəmirlər. Biz A-dan danışırıq onlar bizə B-dən yazıblar. Halbuki, təhlükəli vəziyyətində yaşayırıq və  dediyim kimi, hər an faciə baş verə bilər”.

foto Meydan TV
foto Meydan TV


“Qəsəbə sakinlərinin bu halı onların veclərinə deyil”

Niyatulla Orucov bildirir ki, bu cavabdan sonra sakinlər Fövqəladə Hallar Nazirliyinə yenidən məktub yazıblar. Yenə də tədbir görən olmayıb:

“Reallıq odur ki, qəsəbə sakinlərinin bu halı onların veclərinə deyil. Yerli bələdiyyə də, Quba Rayon İcra Hakimiyyəti də vəziyyətdən halidir. Bizim istəyimiz odur ki, ya çayın qabağına qoruyucu bənd çəksinlər ki, biz evimizdə rahat yaşaya bilək, ya da bizi buradan köçürsünlər. Çünki  bu vəziyyətdə, özü də payız-qış aylarında hər gün, hər saat həyacan içində yaşamaq çətindir. İmkanımız olsaydı, özümüz tədbir görərdik. Təəssüf ki, əlimizdən heç nə gəlmir. Allahın ümidinə qalmışıq… ”.


“Problem dövlət səviyyəsində həll edilməlidir”

Məsələyə Fövqəladə Hallar Nazirliyindən münasibət öyrənmək mümkün olmadı. İstirahət günü olduğundan telefonlara cavab verilmədi.

foto Meydan TV
foto Meydan TV

Quba Rayon İcra Hakimiyyətinin növbətçi hissəsindən isə bildirildi ki, vəziyyətdən xəbərdardırlar:

“Sadəcə istirahət günü olduğundan hər hansı tədbir görmək mümkün deyil. Mən növbətçiyəm və aparatda məndən başqa kimsə yoxdur. Nəsə etmək mümkün olsa belə, bu, birinci gün mümkün olacaq”.

İcra Hakimiyyətinin sakinlərə verdiyi cavabda isə deyilir ki, çayın kənarına beton sədd və yaxud dirək çəkmək asan, yerli icra hakimiyyətinin edə biləcəyi iş deyil:

“Bu, dövlət səviyyəsində həll edilə biləcək problemdir. Bizim orda tikinti aparmaq üçün kifayət qədər texnika və vəsaitimiz yoxdur”.

foto Meydan TV
foto Meydan TV
foto Meydan TV
foto Meydan TV

Ana səhifəXəbərlərQonaqkənd sakinləri: ”Allahın ümidinə qalmışıq…”