“Qurban kəsimi iyunun 16-dan başlayaraq üç gün davam edə bilər”
Azərbaycan məscidlərində iyunun 16-da Qurban bayramı namazı qılınacaq.
Bu barədə iyunun 11-də Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının Qurban bayramı ilə bağlı fətvasında qeyd olunub.
Bildirilib ki, Qurbаn bаyrаmı iyunun 16-na təsadüf edəcək:
“Şəriətə uyğun olaraq, Qurban kəsimi iyunun 16-dan başlayaraq üç gün davam edə bilər”.
Həmçinin vurğulanıb ki, Elm və Təhsil Nazirliyi Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının 32/105 saylı 27 may 2024-cü il tarixli məktubuna əsasən, Azərbаycаn üfüqündə ayın görünməsinə uyğun olaraq Qurbаn bаyrаmı “Zilhiccə” ayının 10-na – miladi təqvimlə 16 iyun tarixinə təsadüf edəcək.