2014-cü ildə həbs olunan Elşən Mustafaoğlu Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham edilirdi
Dekabrın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanət etməkdə təqsirləndirilən ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sabiq sektor müdiri Elşən Mustafaoğlunun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
“Report” yazır ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən qapalı prosesdə E.Mustafaoğlu haqqında 10 il azadlıqdan məhrum edilmə cəzası çıxarılıb.
Ötən məhkəmə iclasında dövlət ittihamçısı çıxışında E.Mustafaoğlunun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
2014-cü ildə həbs olunan Mustafaoğlu Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham edilirdi.