Qızı vəfat edəndə 22 yaşı vardı. Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsinin IV kursunda oxuyurdu. Yüksək temperaturla aparıldığı xəstəxanadan leykoz xəstəsi olduğunu öyrənərək çıxmışdı. 3 ay xəstəliyə qarşı ailəlikcə mübarizə aparsalar da, Nərmin Həsənli vəfat etdi.
Qızlarının vəfatından sarsıntı keçirən ailə bu vəziyyətdən onun adına yayın evi açmaqla çıxıblar. Nərmin Yayın Evində çap olunan kitabların satışından gələn gəlir leykoz xəstəliyindən əziyyət çəkən uşaqlara yönəldilir.