Həlak olmuş gürcü proqramçısının anası bəyan edib ki, qızını Qarabağ münaqişəsi zonasına silah təchizi sxeminin şifrəsini açdığı üçün öldürüblər.
Qızın ölümü barədə nə məlumdur
Tbilisidə yaşayan Tamar Baçaliaşvili adlı 23 yaşlı uğurlu proqramçı paytaxt yaxınlığında müəmmalı şəraitdə qətlə yetirilib. Cinayətin nə məqsədlə törədildiyi hələ müəyyənləşdirilməyib. O, iyulun 18-də səhər tezdən öz maşını ilə evdən gedib və geri qayıtmayıb. Qızı dörd gün tapa bilməyiblər, valideynləri polis əməkdaşlarını fəaliyyətsizlikdə günahlandırıblar və Tamarın meyiti aşkar olunmamışdan bir gün əvvəl avtomobil yolunu kəsərək etiraz aksiyası keçiriblər. Ertəsi gün Baçaliaşvilinin meyitini yol kənarında onun maşını ilə rastlaşan çoban aşkarlayıb. Bu, Tbilisidən təxminən 50 kilometr aralıda, Tetriskaro rayonunda baş verib. Hələ axtarış zamanı polis bəyan edib ki, Tamarın maşını yaxınlıqdakı müşahidə kameralarına düşüb və onu vertolyotlarla, dronların köməyi ilə bir neçə gün axtarıblar. Qətlə yetirilmiş qızın yaxınları onun başqa yerdə öldürüldüyündən şübhələnirlər, belə ki fəalın maşınının gözdən yayınması qeyri-mümkün idi.
Valideynlərin mövqeyi necədir İstintaqın əsas versiyası intihardır, lakin qızın valideynləri bununla qəti şəkildə razı deyillər və israrla Tamarın qətlə yetirildiyini söyləyirlər. Onların qətlin səbəbini də açıqlayıblar – qız üç yüksək vəzifəli gürcü məmurunu nüfuzdan salan informasiya əldə edib. Həlak olanın valideynləri az əvvəl bəyan ediblər ki, qızlarının ölümü gürcü məmurlarının Qarabağ münaqişəsi zonasına silah təchizi ilə bağlı qeyri-leqal sxemi ilə əlaqəlidir.
“Mən Azərbaycan və Türkiyə hökumətlərini bununla maraqlanmağa və Gürcüstan hökumətindən bu üç yüksəkvəzifəli məmurlarla bağlı faylları tələb etməyə çağırıram”, – həlak olanın anası Teona Tamazaşvili bəyan edib, – “Qızım onların üstünü təsadüfən açıb, Qarabağ müharibəsini silahla təchiz edən sxemini deşifrə edib. Silahı almaq üçün qızımın hesabına müxtəlif şirkətlərdən milyonlar köçürülüb”. . Baçaliaşvilinin valideynləri və yaxınları “intihara çatdırma” maddəsinin “qəsdən öldürmə” maddəsi ilə əvəzlənməsi, o cümlədən həlak olanın maşınının aşkarlanmazdan əvvəl əslində harda olmasının müəyyən ediıməsi üçün sputnikin məlumatlarının yenilənməsi tələbi ilə bir sıra etiraz aksiyası keçirib. Onlar istintaqa etibar etmirlər və hətta Amerika xüsusi xidmətlərindən kömək istəyiblər.
Vəkil hansı uyğunsuzluqlardan danışır?
Baçaliaşvili ailəsinin vəkili Mixail Ramişvili əmindir ki, Tamaq qətlə yetirilib. O, öz fikrinin müdafiəsinə arqument gətirərək söyləyib ki, qızın telefonundan və kompüterindən yoxa çıxmazdan əvvəl messencerdə apardığı bütün yazışmalar və etdiyi zənglər silinib. Bu səbəbdən onunla kimin əlaqə saxladığını, tovlayaraq evdən kimin çıxardğını müəyyənləşdirmək olmur. Qızın hara getməsi barədə də informasiya yoxdur. Üstəlik, onun dediyinə görə, əldə olunan əşyalar arasında Baçaliaşvilinin həmişə üzərində gəzdirdiyi yaddaş kartının yoxa çıxdığı müəyyənləşib.
“Bu, çoxdan planlaşdırılmış və təşkil olunmuş qətldir. Hüquq-mühafizə orqanlarında əvvəlcə belə bir versiya olub ki, o, depressiya keçirərək özünə qəsd edib”, – Ramişvili “Kavkazski uzel”in müxbirinə deyib.
Onun sözlərinə görə, ekspertizanın aralıq nəticəsi Baçaliaşvilinin orqanizmində “Klofelin” aşkarlayıb, halbuki meyitinin tapıldığı maşınında belə bir preparat olmayıb. Maşında yalnız sakitləşdirici, bir də ürək döyüntülərinin sayını azaldan dərmanlar tapılıb. Yaxınlarda Tamar Baçaliaşvilinin avtomobilinin ekspertizası keçirilib. O, müəyyən edib ki, maşında mühərrikin yandığı son saatlarda kondisioner işə salınmayıb. Həlak olanın ailəsinə və vəkilə bu çox qəribə görünür – həm müşahidə kameraları, həm də ehtimal olunan qətlindən əvvəl qızı görən şahidlər onun bağlı pəncərələrlə getdiyini göstərir ki, bunu da kondisioner işə düşmədən etmək mümkün deyil (Gürcüstanda həmin günlər çox isti idi).
Аlternativ istintaq Müstəqil gürcü mediası da öz istintaqını aparır. Beləcə, Gürcüstan hüquq-mühafizə orqanlarında öz şəxsi mənbələrinə əsaslanan “Mtavari arxi” teleşirkəti bəyan edir ki, proqramçı şəxsi bank hesabından hansısa şirkətə məxsus iri miqdarda pul çıxarıb. Baçaliaşvilini pul çıxarılandan sonra arzuolunmaz şahid kimi aradan götürüblər, – “Mtavari” teleşirkətinin baş direktoru Nika Qvaramiya bəyan edib. Bu teleşirkətin araşdırmaçı jurnalist komandası həmçinin təqsdiqləyir ki, Baçaliaşvilinin itdiyi gün onun maşınını Gürcüstan dövlət təhlükəsizlik xidməti ilə əlaqədə olan avtomobillər müşayiət edib.
Tamar Baçaliaşvilinin anası Teona Tamazaşvili deyir ki, hazırda söylədiyi məlumatı ona öz mənbəsi təqdim edib, lakin onun bu məlumatları yoxlamağa imkanı yoxdur. Qadın məhz bu səbəbdən jurnalistləri işə cəlb edir və qərb xüsusi xidmətlərinin istintaqa qoşulmasını xahiş edir.
Tamazaşvili sentyabrın ortasında etiraz aksiyalarını davam etdirəcəyinə söz verir və həmin aksiyalarda üstəlik siyasi tələblərlə də çıxış edəcəyini söyləyir.