“Qızım həkim səhvinin qurbanı oldu” (VİDEO)

Elə yeni baba olduğunu öyrənmişdi. Sevincini tam yaşaya bilmədi. Türkan qəsəbəsinin sakini Gülmurad Mirzəyev 21 yaşlı qızı Günay Rəhmanovanın həkim səhvindən öldüyünü deyir.

Gülmurad Mirzəyev danışır ki, hadisədən bir gün öncə qızının boğazı ağrıyıb. Yeni ana olduğuna görə çox həyəcanlanıblar. Bu halda körpəyə süd verə bilərmi sualına cavab almaq üçün də sahə uşaq həkimi İlahə Sadıqovanı çağırıblar.

Ata qızının gözlənilməz ölümü ilə barışa bilmir. O, hadisə ilə bağlı Səhiyyə Nazirliyinə, Mehriban Əliyevaya, Daxili İşlər Nazirliyinə və digər qurumlara dəfələrlə müraciət edib. Məsələ ilə bağlı keçirilən tibbi ekspertiza rəylərində xəstənin pnevmaniya, ağciyər xəstəliyi, ürək çatışmazlığından vəfat etdiyi bildirilir. Gülmurad Mirzəyev isə rəyin saxtalaşdırıldığını deyir.

Mərhumun həyat yoldaşı danışır ki, ailəli olduqları ilyarım ərzində çoxlu çətinlikləri olub.

O, həyat yoldaşının vəfat etdiyini öyrənəndə Təcili Tibbi Yardıma zəng etdiyini deyir. Qabil bəyin sözlərinə görə, sahə həkimi İlahə Abbasova təcili tibbi yardımın həkimlərinə xəstənin əvvəlcədən vəziyyətinin pis olduğunu deyib.

Günay Rəhmanovanın anası baş verənləri unuda bilmədiyini söyləyir.

Sahə uşaq həkimi İlahə Sadıqovadan münasibət öyrənmək üçün 17 saylı poliknikaya müraciət etdik. Baş həkim Arzu xanım bildirdi ki,  İlahə Sadıqova ərizəsini yazıb, işdən uzaqlaşıb.

Hamiləliyi dövründə ona nəzarət edən həkim Gülarə Şeydayeva mərhumun heç bir xəstəliyinin olmadığını bildirir.

Ekspert Adil Qeybulla ev şəraitdə sistem qoyulmasının hər zaman təhlükəli olduğunu deyir

Səhiyyə Nazirliyindən isə Meydan TV-yə işin prokurorluqda araşdırıldığını bildirdilər.

Xəzər rayon Prokurorluğundan Meydan TV-ə bildirdilər ki, hadisə ilə bağlı material formasında araşdırılma aparılır. Ekspertiza rəyində xəstənin həkim səhvindən həlak olduğu sübüta yetirilmədiyi üçünsə cinayət işi açılmayıb.

Gülmurad Mirzəyev deyir ki, Türkan qəsəbəsinin sakinləri həkim İlahə Sadıqovanın 17 saylı poliklinikadan uzaqlaşdırılması üçün Səhiyyə Nazirliyinə müraciət ediblər.

Yeganə qızlarını itirən ailə hadisənin inzabati xəta kimi dəyərləndirilməsini qəbul etmir. Onlar haqq-ədalətin bərpa edilməsini, sahə həkiminin cəzalandırılmasını istəyirlər.

Ana səhifəVideo“Qızım həkim səhvinin qurbanı oldu” (VİDEO)