Qızıl hasilatı azalıb

”Bu ilin I yarısında 23 min 218 unsiy qızıl çıxarılıb”

Source:


”Bu ilin I yarısında 23 min 218 unsiy qızıl çıxarılıb”

“Gədəbəy” yatağında qızıl hasilatı azalıb. “Turan”-ın məlumatına görə, bu barədə bir neçə qızıl yatağının operatoru olan “Anglo-Asian Mining” şirkəti xəbər verir.

Məlumatda bildirilir ki, bu ilin I yarısında 23 min 218 unsiy qızıl çıxarılıb. Bu, 2016-cı ilin eyni dövründəkindən 31,4% azdır:

“İlin əvvəlindən şirkət 85 min unsiya gümüş, 1,3 min ton mis çıxarıb. Bundan başqa, I yarımildə 6,4 min ton mis konsentratı istehsal edilib”.

Bu ilin I yarısında “Anglo-Asian Mining” şirkətinin satış həcmi 43,6% azalaraq 15 min 689 unsiya qızıl külçəsi təşkil edib. Orta qiymət 1,238$/unsiya təşkil edir.

Mis konsentratı istehsalından $10 mln 528 min gəlir əldə edilib.

“Anglo-Asian Mining” şirkəti 21 avqust 1997-ci ildə Azərbaycan hökuməti ilə (51%) Amerikanın “RV İnvestment Services Group” (49%) şirkəti arasında imzalanan PSA tipli müqavilə əsasında “Gədəbəy”, “Qoşa” və “Qadir” yataqlarını istismar edir.

Azadlıq Radiosunun məlumatına görə, «Anglo-Asian Mining Plc.» şirkəti ümumilikdə Azərbaycanın 6 qızıl yatağının işlənməsi layihəsinin operatorudur. Şirkətin əsas payçısı Rıza Vəziriyə məxsus«R.V.Investment Group Services, LL USA» şirkətidir. «R.V.Investment Group Services LL USA» şirkəti «Gədəbəy» yatağında qızıl hasilatı üzrə layihədə 51, Azərbaycan tərəfi isə 49 faiz paya sahibdir. Gədəbəy yatağında təqribən 22 ton qızıl, 192 ton gümüş, 37 min ton mis ehtiyatının olduğu güman edilirdi.

Ana səhifəXəbərlərQızıl hasilatı azalıb