Qızdırma, boğaz ağrısı, ishal… yeni virus yayılıb?

Apteklərdə hərarəti salan dərman preparatları, antibiotiklər tükənib. Son günlər əsasən uşaqlar arasında yayılan soyuqdəymə, yüksək temperatur, ishal hallarından şikayətlər var. Əczaçı Elnarə Məmmədova deyir ki, apteklər gündəlik tələbatı qarşılaya bilmir. Günlük 20-yə yaxın alıcı bu dərmanların axtarışı ilə onlara üz tutur. Aptekə dərman almağa gələnlər arasında olan xanım 3 nəvəsinin də yüksək hərarətdən əziyyət çəkdiyini deyir. Lakin xəstəliyə harada, necə yoluxduqları məlum deyil. 2 saylı şəhər poliklinikasında baş həkimin müavini Şahin Quliyev deyir ki, əsasən uşaqlar arasında yayılan xəstəlik mövsümi qripdir. Lakin xəstənin Covid nəticəsi neqativ çıxsa da, yüksək hərahətli şəxslər izolyasiya olunmalıdır. Mütəxəssislər bildirir ki, qripi öz axarına buraxmaq, ev şəraitində müalicə etmək olmaz. Qrip virusları hər yaş qrupundan olan uşaqlarda rast gəlinən və ağır fəsadlarla nəticələnən xəstəliklərə aid edilir.

Ana səhifəVideoQızdırma, boğaz ağrısı, ishal… yeni virus yayılıb?