”Qiymət artımı daha da sürətlənəcək” (VİDEO)


Ötən həftədən başlayaraq ərzaq və tərəvəz məhsullarında 20-25 faiz qiymət artımı müşahidə olunur.

İqtisadçı Natiq Cəfərli hesab edir ki, fevral ayındakı böyük devalvasiyadan sonra hökumət inzibati üsullarla qiyməti nəzarətdə saxlaya bilib. Bu nəzarət Avropa oyunlarından sonra hökumətə biznes çevrələrinə müəyyən güzəştlər tətbiq etməklə nəticələnməli idi.

Qiymət artımını alıcılar da hiss edir.

Avstraliya və Yeni Zenlandiyadan gətirilən yağ məhsulları eyni regionda yerləşsə də, Azərbaycanda Gürcüstana nisbətən 2 dəfə baha satılır.

Baş vermiş artımla bağlı açıqlama almaq üçün İqtisadiyyat və Sənaye Nazirliyi ilə əlaqə saxlamağa çalışdıq. Lakin nazirlik zənglərimizi cavablandırmadı.

Ana səhifəVideo”Qiymət artımı daha da sürətlənəcək” (VİDEO)