Qiyas İbrahimova anasıyla görüşməyə icazə verilmədi

Vəkil: ”Təcridxana rəhbərliyi ”Həbsdə saxlanılan şəxslərin hüquqların müdafiəsi” haqqında qanunun 15-ci maddəsini pozub”

Source:


Vəkil: ”Təcridxana rəhbərliyi ”Həbsdə saxlanılan şəxslərin hüquqların müdafiəsi” haqqında qanunun 15-ci maddəsini pozub”

Mayın 24-də gənc fəal Qiyas İbrahimovun anası Şura Əmiraslanova oğluyla görüşmək üçün Bakı İstintaq Təcridxanasına getsə də, ona övladıyla görüşə icazə verməyiblər.

Bu barədə Meydan TV-yə məlumat verən vəkil Elçin Sadıqov bildirib ki, təcridxana rəhbərliyi anaya oğluyla görüşə icazə verilməməsinin səbəbini izah etməyiblər: “Bu, qanunsuzluqdur. Çünki “Həbsdə saxlanılan şəxslərin hüquqlarının müdafiəsi” haqqında qanunun 15-ci maddəsinə görə həbsdə saxlanılan şəxsin öz yaxınlarıyla görüşmək hüququ var. Hesab edirik ki, bu hüququn təmin edilməməsi qanunlara ziddir və qohumların bir-biriylə əlaqə saxlamaq hüququnu pozur”.

Elçin Sadıqov əlavə edib ki, növbəti dəfə oxşar hal təkrarlansa, onlar qanunun pozulmasına görə məhkəməyə müraciət edəcəklər.

Ana səhifəXəbərlərQiyas İbrahimova anasıyla görüşməyə icazə verilmədi