Qiyas İbrahimov

Mənbə: Foto: Meydan TV

Başlıq: Qiyas İbrahimov

Qiyas İbrahimov inzibati həbs cəzası ala bilər

Məqalə yeniləndi:  9 İyun 2020

Qiyas İbrahimov inzibati həbs cəzası ala bilər

Sabah Nizami Rayon Məhkəməsi qərar çıxaracaq

İyunun 9-da Nizami Rayon Polis İdarəsinin 25-ci bölməsində Qiyas İbrahimovun həbs olunması haqqında protokol tərtib olunub. Ona qarşı İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi irəli sürülüb.

Məlumatı Meydan TV-yə vəkil Elçin Sadıqov verib.

Vəkil bildirib ki, iyunun 10-da Nizami Rayon Məhkəməsində iddiaya baxılacaq:

“Həmin maddəyə əsasən Qiyas İbrahimov 15 sutka inzibati cəza alar bilər”.

Gənc fəal Qiyas İbrahimov iyunun 9-da polis zorakılığına etiraz aksiyası keçirib. Yaşadığı binanın damına çıxan fəal üzərinə “Bəsdir əyildin. Susma, sən də din!” şüarı yazılmış plakatı oradan asıb. O, bununla polisin iyunun 8-də Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən binada keçirdiyi “zibil əməliyyatı“na etirazını bildirib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  9 İyun 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/kjk5bg

Ən çox baxılan