”Qışqıra-qışqıra uşaqları götürüb çıxdıq”

Binəqədi rayonu, Həmidə Məmmədquluzadə küçəsindən keçən su borusunun partlaması nəticəsində həmin ərazidəki 30-a yaxın ev su altında qalıb. “Azərsu” ASC-nin əməkdaşları ərazidəki suyu çəksələr də, evlərə xeyli ziyan dəyib.

Nazənin Cəfərova: “Bircə qışqıra-qışqıra uşaqları götürüb çıxdıq. Heç nə çıxara bilmədik. Heç elektriki belə çıxartmadıq, qorxduq. Heç nəyimiz yoxdur, bütün elektrik avadanlıqlarının hamısı yanıb. Gecə səhərə kimi çöldə qalmışam. Hər şey su olub. Uşaqları ora-bura dağıtmışam. Özüm də səhərə kimi qapıda gəzmişəm”.

Elgün Babayev: “Evdə bir dənə salamat şey qalmayıb. Axşam uşaqlar qonşularda yatıblar. Mən də maşında yatmışam. Səhər də elə durub işə getmişəm”.

Hadisədən sonra əraziyə FHN-dən, Binəqədi rayon İcra Hakimiyyətindən, rayon polis idarəsində gəlib baxış keçiriblər. Rayon İcra Hakimiyyətinin rəsmiləri sakinlərlə görüş zamanı onlara dəymiş zərərin tezliklə aradan qaldırılmasına söz verib. Gecəni küçədə keçirən sakinlər isə problemlərilə kimsənin maraqlanmadığını dilə gətirib.

Borunun partlaması təkcə evlərə zərər vurmayıb.

Ana səhifəVideo”Qışqıra-qışqıra uşaqları götürüb çıxdıq”