Qırmızı(saqqal) yalan(çı)

“Alimlər Quranın elmə əsaslandığını təsdiq etdi”…
“Elm və İslam”…
“İslamın elmi əsasları”…
Yaxud, “hamısı quranda yazılıb”… Tanış söhbətlərdi, hə?

Source:

Deməli, 1980-ci ildə Yəmənin Əl-İman universitetinin İslam dünyasında alim kimi tanınan rektoru Şeyx Əbdülməcid Əz-Zindani o dövrün bir sıra qərb alimlərinə Quranın elmi əsasları barədə fikir bildirmələri üçün müraciət eləyib. Onlar da bu kitabla yaxından tanış olandan sonra hər biri ayrılıqda öz fikirlərini yazıb. Bu fikirlər tez bir zamanda “This is true” (Bu həqiqətdir) adlı kitab halına salınıb və yayılıb…

“Alimlər Quranın elmə əsaslandığını təsdiq etdi”…

“Elm və İslam”…

“İslamın elmi əsasları”…

Yaxud, “hamısı quranda yazılıb”… Tanış söhbətlərdi, hə?

Bu gün istər gündəlik həyatda, vaxtaşırı təkrar-təkrar qəzetlərdə, televiziyada, internetdə rast gəldiyimiz, hətta artıq əzbərlədiyimiz bu ifadələrin əsası onda qoyulub. Bu mövzuda saysız-hesabsız konfranslar təşkil edilib, həmin konfranslarda Qərbin üzdə olan alimlərinin Quranın elmə əsaslandığını etiraf etməsi qələbə kimi qeyd olunub. Və bu söhbət əsrlərdi, söydüyü qeyri-müsəlmanlardan, onların kafir alimlərindən bəraət, etraf gözləyən İslam aləmində böyük sürətlə yayılıb. Artıq İslam rahat nəfəs ala bilərdi – elm Quranın böyüklüyünü etiraf etmişdi. Özü də ölülər yox, diri alimlərin dili ilə. Artıq nağıllar uydurmağa ehtiyac qalmamışdı, ömrü boyu Eynşteynin müsəlman olmasını qonşusuna sübut eləməyə çalışan, amma bacarmayan müsəlmanın əlinə fakt keçmişdi…

Mən İranda dini təhsil alanda imanımda, dinimə inamımda cüzi tərəddüdüm olanda bu kitabdan sitatları xatırlayırdım – axı, o boyda Amerika alimləri etiraf eləmişdi ki, Quran möcüzəvi kitabdı. Amerikalı alimlər. Qurbağayeyənlər! İslamın, Quranın düşmənləri, “şeytanlar” etiraf eləmişdi dinimin kitabının böyüklüyünü! Cem Yılmazın sözü olsun, “ha, İskoç bilim adamları söylemişse, kesin doğrudur” kimi bir vəziyyət…

İnternet populyarlaşandan sonra isə həmin məlumatlar, daha dəqiqi, alimlərin Quran haqda mülahizələri


thisistruth.org


 saytına toplanmışdı. Biz də bir kafir ingilislə, nə bilim, ingilisdilli bir almanla din barədə mübahisəmiz düşən kimi, yönləndirirdik ora ki, inanmırsan ingiliscə oxu, bax!


Bir müddət əvvəl , bir blogger dinc dayanmayıb və 30 il sonra o siyahıda göstərilən Qurandakı elmi əsasları etiraf eləyən “filan alimlər”in sağ qalanları, daha dəqiqi, Allison (Pete) Palmer, Alfred Kröner, Tom Armstronq, Villiam Hay və adlarını videodan özünüz biləcəyiniz digərləri ilə görüşüb, danışıb. Məlum olub ki, onlar heç də Quranın elmi əsası olduğu barədə fikir bildirməyiblər. Biri onun adından deyilən sözlərin təhrif edildiyini, digəri ümumiyyətlə, orda deyilən heç bir fikrin ona aid olmadığını bildirib. Həmin müsahibələrin qısa xülasəsinə


buradan


baxa bilərsiniz.



Bu kanalda


isə mövzuya aid başqa videolar da var.


Bax belə…

30 illik yalanın üstü gec də olsa açıldı. “Bu həqiqətdir” söhbəti döndü oldu “Bu ki yalandı!”.


Dünya inkişaf elədikcə kiçilir. Din insanları nə qədər məscidlərə yığıb dünyadan təcrid eləməyə çalışsa da, artıq internetdə dünyanın hər yerindən xəbər tutmaq, o yerlərdə yaşayan insanlarla ünsiyyət yaratmaq mümkündü.

İslam dünyasının müsəlman bildiyi Maykl Ceksonun dəfnində Yasin oxunmadığını görmək kimi…

Ana səhifəMənim FikrimcəQırmızı(saqqal) yalan(çı)