Görüş zamanı doğmalarının məktubları onlara çatdırılıb və öz növbəsində onlar da doğmalarına məktub göndəriblər
Beynəlxalq Qırmızı Xaç Komitəsinin işçiləri Qarabağda həbs olunan azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkiblər. Onlar Kəlbəcər rayonunun keçmiş sakinləridir. Bu ilin iyununda Kəlbəcər ərazisində ermənilər tərəfindən həbs olunublar.
BQXK-nın Yerevan ofisinin məlumatına görə, bu, kəlbəcərlilərlə 7-ci görüşdür.
Görüş zamanı doğmalarının məktubları onlara çatdırılıb və öz növbəsində onlar da doğmalarına məktub göndəriblər.
Erməni tərəfi kəlbəcərliləri casusluq, qətl və təxribatda ittiham edir. Hazırda onların məhkəməsi gedir. Həbs olunanlar məhkəmədə bildiriblər ki, onlar Kəlbəcərə doğmalarının məzarını ziyarətə gediblər (Turan İA).