Qırmızı kitaba düşən bəbiri öldürən həbs edilib

Onlar bəbir dərisini 10-15 min manata satmaq istəyərkən saxlanılıb

Source:


Onlar bəbir dərisini 10-15 min manata satmaq istəyərkən saxlanılıb

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, oktyabrın 8-də Astara rayonunun Sım kənd sakini Natiq Böyükağazadə tamah məqsədi ilə yaşadığı kənddə yerləşən meşə zonasında ovlanması tamamilə qadağan olunmuş Azərbaycanın və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı kitabına daxil edilmiş bir ədəd bəbiri ov tüfəngi ilə öldürüb. O, bəbirin dərisini oktyabrın 9-da Astara rayonunun Çükəş kəndində qohumu Səməd Fərəcovla birlikdə satmaq istəyərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Natiq Böyükağazadə bəbiri ovladıqdan sonra dərisini satmaq məqsədi ilə soyaraq, uyğun müştəri axtarıb. Qohumu Fərəcov Səməd Yaqub oğlu ilə Astara rayonu Çükəz kəndi ərazisində bəbir dərisini 10-15 min manata satmaq istəyərkən saxlanılıb.

Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 258.2.3-cü (qanunsuz ov etmə, ovlanması tamamilə qadağan edilmiş heyvanlara qarşı törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

N.Böyükağazadə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə istintaq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində davam etdirilir.

Ana səhifəXəbərlərQırmızı kitaba düşən bəbiri öldürən həbs edilib