Qırmızı Bazarda atışma iddiası: Ermənistan “hə”, Azərbaycan “yox” deyir

Atışma, şərti şəkil. Foto: MN

Azərbaycan Müdafiə Nazirliyi: “Məlumat yalandır və həqiqəti əks etdirmir”

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan mətbuatının Xocavəndin Qırmızı Bazar qəsəbəsi istiqamətində atəşkəsin pozulması ilə bağlı yaydığı xəbərləri təkzib edib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi rəsmi “Facebook” səhifəsində məlumat yayıb.

Ermənistan silahlı qüvvələrinin iddiasına görə, iyulun 28-də Azərbaycan ordusu günortaya yaxın Qırmızı Bazar qəsəbəsinə odlu silahlardan 20 dəqiqə ərzində atəş açıb.

Ancaq Azərbaycan Müdafiə Nazirliyi bu iddiaları bölüşmür.

“Azərbaycan Ordusunun bölmələrinin Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi istiqamətində guya atəş açması barədə erməni mətbuatında yayılan məlumat yalandır və həqiqəti əks etdirmir”, – deyə Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunur.

Ana səhifəXəbərlərQırmızı Bazarda atışma iddiası: Ermənistan “hə”, Azərbaycan “yox” deyir