Qırğızıstanın keçmiş prezidenti yenə dindirilməyə getməyib

Atambayev ittihamları rədd edib və onları siyasi motivli adlandırıb

Source: Reuters

Qırğızıstanın keçmiş Prezidenti Almazbek Atambayev üçüncü dəfə Daxili İşlər Nazirliyinə dindirilməyə getməkdən boyun qaçırıb.

Azadlıq Radiosu xəbər verir ki, Atambayevin bu addımı məsul qurumları onu istintaq üçün saxlamağa məcbur edə bilər.

Atambayevin vəkili Sergey Slesarev Azadlıq Radiosuna bildirib ki, Atambayev iyulun 19-da Daxili İşlər Nazirliyinə dindirilməyə getməkdən imtina edib, çünki keçən ay parlamentin Atambayevin toxunulmazlığını əlindən alma ilə bağlı qərarı qeyri-qanunidir.

Qırğızıstan Daxili İşlər Nazirliyinin rəsmiləri iyulun 18-də Bişkek yaxınlığında Koi-Tash kəndində yerləşən Atambayevin yaşadığı evə üçüncü çağırış vərəqəsini göndərib.

Çağırışda deyilir ki, Atambayev cinayət işinin bir hissəsi olaraq "19 İyulda saat 10-da şahid olaraq istintaq üçün nazirliyə gəlməlidir”. Vərəqədə ittihamın detalları açıqlanmır.

Atambayev, iyulun əvvəlində iki məhkəmə iclasının keçirilməsinə baxmayaraq, onunla əlaqədar səlahiyyətlilərin qərarlarının "qanunsuz" olduğunu iddia edib.

Atambayev 2011-2017-ci illərdə Qırğızıstanın prezidenti olduğu müddətdə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və özünü qanunsuz zənginləşdirmək də daxil olmaqla beş növ cinayət işində təqsirli bilinir.

Atambayev ittihamları rədd edib və onları siyasi motivli adlandırıb.

Qırğızıstan qanununa əsasən, iki dəfə dindirilməyə getməkdən imtina edən şəxs sorğuya görə zorla həbs edilə bilər. Ancaq Bişkekdə hakimiyyət indiyə qədər Atambayevi saxlamağa cəhd etməyib.

Slesarev qeyd edir ki, 27 iyun tarixli səsverməylə parlamentin Atambayevin toxunulmazlığını əlindən alması qanunsuzdur. O həmçinin qeyd edir ki, may ayında keçmiş prezidentlərin toxunulmazlığı haqqında qanuna edilən düzəlişlər konstitusiyaya ziddir.

Parlamentin 27 iyun səsverməsindən etibarən Atambayev vaxtının çox hissəsini Koi-Tash kəndindəki yaşayış evində keçirir. O, açıq şəkildə bildirib ki, evində silah saxlayır.

İyulun 3-də Atambayev evindən çölə çıxaraq Bişkekdə nümayişçilər önündə çıxış edib. Atambayevin 1000-ə yaxın tərəfdarı ona qarşı səsləndirilən ittihamların ləğvini tələb edir.

Ana səhifəDünyaQırğızıstanın keçmiş prezidenti yenə dindirilməyə getməyib