Qırğızıstanda müxalifət liderinin həbsi etirazlara səbəb olub

Rusiya və Qırğızıstan prezidentləri həbsi müzakirə ediblərmi?

Source:
Qırğızıstanın Ata-Meken partiyasının lideri Omurbek Tekebayev
Qırğızıstanın Ata-Meken partiyasının lideri Omurbek Tekebayev

Qırğızıstanda müxalif Ata-Meken partiyasının lideri Omurbek Tekebayevin həbsi ilə bağlı etiraz mitinqi keçirilib.   Omurbek Tekebayev fevralın 26-ı Kiprdən Türkiyəyə gələndə həbs olunub. Ata-Meken Partiyası martın 1-də yaydığı bəyanatda müxalifət liderinin Qırğızıstan hökumətinin müraciəti əsasında həbs edildiyini təsdiqləyib.Bəyanatda iddia olunur ki, O.Tekerbayev Bişkekdə qəzaya uğrayan ticarət təyyarəsindəki qiymətli əşyaların prezident Atambayev və onun həyat yoldaşına mənsub olduğunu sübut edən sənədləri yaymasının qarşısını almaqdan ötrü həbs olunub.

Elə bu gün Rusiya president Vladimir Putin 3 Orta Asiya respublikasına etdiyi səfər çərçivəsində Qızğızıstan paytaxtına gəlib.Qırgız jurnalisti Renat Koçiyev Meydan TV-yə müsahibəsibəsində Vladimir Putinin Qırğızıstan prezidenti Almazbek Atambayev ilə görüşdə müxalifət liderinin həbsinin müzakirə olunduğunu istisna etməyib.  “Qırğızıstanın son 2 prezident seçkilərinin məhz küçə etirazları fonunda baş verməsi düşünməyə əsas verir ki,  O.Tekerbayevin həbsi bu dəfə də seçkilərin nəticələri üçün təsirsiz ötüşməyəcək.”

Renat Koçiyev mühüm prezident seçkiləri ərəfəsində əsas müxalifət liderlərinin həbsə atılmasının post-sovet ölkələrində nadir təcrübə olmadığını deyib.  Azərbaycanda da REAL hərəkatının lideri İlqar Məmmədov 2013-cü il fevralın 4-də president seçkilərinə bir neçə ay qalmış İsmayıllı hadisələri ilə bağlı istintaqa çağırılıb və barəsində həbs-qətimkan tədbiri seçilib. Daha sonra o, Cinayət məcəlləsinin 221 və 315.2 maddələri ilə ittiham edilərək 2014-cü il martın 17-də 7 il müddətinə azadlıqdan məhrum edilib.

Ana səhifəXəbərlərQırğızıstanda müxalifət liderinin həbsi etirazlara səbəb olub