Qırğızıstan

Mənbə: Lenta.ru

Başlıq: Qırğızıstan

Qırğızıstanda fövqəladə vəziyyət elan edilib

Paytaxtda silah səsləri eşidilib və rəqib qruplar bir-birlərinə daş və butulka atıb

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov cümə günü paytaxt Bişkekdə fövqəladə vəziyyət elan edib.

“Reuters” xəbər verir ki, o, hərbiyə ölkədəki iğtişaşlara son verməyi əmr edib.

Artıq bir neçə gündür Qırğızıstanda rəqib siyasi qrupların tərəfdarları paytaxt küçələrində qarşıdurmaya səbəb olub.

Paytaxtda silah səsləri eşidilib və rəqib qruplar bir-birlərinə daş və butulka atıb, - “Reuters” bildirib. Qarşıdurma zamanı bir müxalif siyasətçi yaralanıb.

“Bu gün dövlətçiliyimiz üçün real bir təhdidin şahidi oluruq”,- Jeenbekov Kremlin ölkədəki qarışıqlığın qarşısını almaq üçün müdaxilə etməli olduğunu söyləməsindən bir gün sonra deyib.

Bundan öncə isə prezident yeni bir kabinet təyin edilərsə, istefaya hazır olduğunu demişdi. Kabinetin təyin edilməsi şənbə günü, parlamentin onun iqamətgahında toplanmağı planlaşdırdığı gün baş verə bilər, - yerli xəbər saytı “Akipress” bildirib.

Hazırda Qırğızıstanda hakimiyyət boşluğu hökm sürməkdədir. Müxalifət qrupları hökumət binalarını ələ keçirir və bazar günü keçirilmiş, saxta olduğunu dedikləri parlament seçkilərinin nəticələrinin ləğv edilməsini tələb edirlər. Bununla yanaşı, onlar arasında mübahisəli qarşıdurmaların olduğu bildirilir.

İki aparıcı müxalifət lideri cümə günü güclərini birləşdirmək barədə razılığa gəlib və bu addıma görə Jeenbekovun prezident kimi sələfi Almazbek Atambayevin dəstəyini qazanıblar. Lakin onların ardıcıllarının nümayişlər keçirdiyi bildirilir. Bəzi siyasətçilər ölkədə davam edən siyasi vəziyyətin zorakılıqla bitmə təhlükəsinin olduğunu deyir.

Jeenbekovun ofisi açıqlamasında komendant saatı və sərt təhlükəsizlik məhdudiyyətləri də daxil olmaqla fövqəladə vəziyyətin cümə günü saat 20.00-dən 21 oktyabr saat 20.00-dək qüvvədə olacağını bildirib.

Prezidentin bəyanatında göndəriləcək əsgərlərin sayı haqda məlumat verilməyib. Ancaq onlara “vəziyyəti nəzarətə götürmə”, hərbi maşınlardan istifadə etmə, nəzarət məntəqələri qurma və silahlı qarşıdurmaları dayandırma əmri verildiyi deyilir.

Bununla birlikdə yerli QHT əmrin parlament tərəfindən təsdiq edilməli olduğunu bildirib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/aq45tb

Ən çox baxılan