Sooranbay Jeenbekov istefa verdi
Qırğızıstan Prezidenti Sooranbay Jeenbekov istefa verib. O, kütləvi aksiyalar fonunda bu qərarı verdiyini əlavə edib.
“Mən tarixdə öz xalqına atəş açan və qanını tökən prezident kimi qalmaq istəmirəm. Qırğızıstanın bütövlüyü, xalqın birliyi və cəmiyyətimizin sabitliyi mənim üçün hər şeydən öndədir”, – deyə Jeenbekov deyib.
Ölkədə 4 oktyabrda baş tutan parlament seçkilərindən sonra kütləvi iğtişaşlar baş verib. Müxalifət partiyaları seçkilərin qanun pozuntusu ilə keçirildiyini iddia ediblər.