”Ölkələr bir-birinə şərt qoşmadan yardım etməlidir”
Qırğızıstan prezidenti Almazbek Atambayev, Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlunun “FETÖ Qırğızıstanda da “darbe” edə bilər” iddialarına cavab verib.
Çavuşoğlunun iddialarını absurd olaraq şərh edən prezident bildirib ki, “Özləri bu qədər ağıllı idilərsə, onda niyə öz ölkələrindəki “darbe”ni vaxtında müəyyən edə bilmədilər?!”
Prezident Doğan Xəbər Agentliyinin mətbuat konfransında jurnalistlərə açıqlamasında əlavə edib ki, “Biz təbii ki, bütün tövsiyələri diqqətə alacağıq və bu mövzuda olan məlumatları araşdıracıq. Amma bizi qorxutmağa və nəsə öyrətməyə ehtiyac yoxdur.”
Türkiyənin son illərdə Qırğızıstana etdiyi yardımlardan ötrü minnətdar olduğunu bildirən prezident deyib ki, “heç kimin bir başqa ölkəyə öz şərtlərini qoymağa haqq yoxdur. Biz azad ölkəyik və nəyin lazımlığı olduğunu müəyyən edə bilərik. Ölkələr bir-birinə şərt qoşmadan yardım etməlidir və sonra hər tələbə “hə” cavabı gözləməli və şərt qoşmalı deyil. Əgər şərtli yardım ediləcəksə o yardım bizə lazım deyil, yardımı geri ala bilərsiniz”.
Bir neçə gün əvvəl Türkiyə XİN başçısı Çavuşoğlu, CNN-ə açıqlamasında “FETO Qırğızıstanda da “darbe” edə bilər” deyə açıqlama vermişdi.
Mənbə:
BBC