Şahidlər silah səsləri eşitdiklərini və evdən yaralı insanların çıxdığını görüblər
Qırğız polisi çərşənbə günü keçmiş prezident Almazbek Atambayevin evinə basqın edib. “Reuters” Qırğızıstan xəbər saytları “Akipress” və “24.kg”, həmçinin şahidlərə istinadən xəbər verir.
Hər iki qəzetdə qeyd edilir ki, silahlı polis paytaxt Bişkek yaxınlığında bir kənddə yerləşən evə girib və vertolyot evin üzərində uçub. Şahidlər silah səsləri eşitdiklərini və evdən yaralı insanların çıxdığını görüblər
İyun ayında Qırğızıstan parlamenti Atambayevi keçmiş prezidentə aid toxunulmazlıq hüququndan məhrum edib. Atambayev korrupsiyada günahlandırılır və polisin dəfələrlə dindirilməyə çağırmasına baxmayaraq, o, bu çağırışlara məhəl qoymayıb.
Bir neçə həftə öncə Atambayev ölkədəki rus hərbi bazasından Rusjet-ə aid təyyarəylə Moskvaya gedib və Rusiya prezidenti Vladimir Putinlə görüşüb.