Növbəti dəfə Şuraya müstəqil QHT rəhbərləri düşməyib
Prezident İlham Əliyev Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Aşağıdakı şəxslər QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvləri təyin ediliblər:
Dövlət orqanlarından:
Vüsal Quliyev – Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri;
İlqar Məmmədov – Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin rəisi;
Zakir Hacıyev – Maliyyə Nazirliyinin sosial sahələrin maliyyəsi şöbəsi müdirinin müavini;
Qeyri-hökumət təşkilatlarından:
Sahib Məmmədov – Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri;
Nərgiz Eyvazova – Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası İctimai Birliyinin sədri;
Emin Həsənli – Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri;
Rufiz Qonaqov – Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi İctimai Birliyinin sədri;
Azay Quliyev – Beynəlxalq Əməkdaşlıq Mərkəzi İctimai Birliyinin sədri;
Şahin İsmayılov – Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri;
Anar Xəlilov – Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri;
Əliməmməd Nuriyev – “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti.
“Turan” İA-nin məlumatına görə, növbəti dəfə Şuraya müstəqil QHT nümayəndələri düşməyib