“QHT işi üzrə” təqsirləndirilənlərdən daha birinin məhkəməsi başlayıb

İllüstrasiya: Meydan TV

Bu gün, oktyabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində “QHT işi üzrə” təqsirləndirilən Əhməd Məmmədzadənin məhkəməsi baş tutub.

Məhkəməyə hakim Hafiz Kamranov sədrlik edib.

Prosesdə təqsirləndirilən şəxs Əhməd Məmmədzadənin anket məlumatları dəqiqləşdirilib.

Məmmədzadə məhkəmədən barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı qərarın verilməsini tələb edib.

Cinayət işi məhkəmənin baxışına verilib. Məhkəmə baxışı təyin edilib.

“QHT işi” üzrə həbslər 2025-ci ilin martından başlayıb. Həmin vaxt Vətəndaş Hüquqları İnstitutunun rəhbəri B.Süleymanlı, Seçki Müşahidə Alyansının icraçı direktoru Məmməd Alpay (Məmmədzadə) həbs olunub.  Apreldə daha üç nəfər – ictimai fəal Asəf Əhmədov, sosial işçi Zamin Zəki və Əhməd Məmmədzadə haqqında da eyni qərar verilib.

Qalib Bayramov və Nərgiz Muxtarova barəsində polisin nəzarəti altına vermə tədbiri seçilib.

Onlara qarşı 193-1.2.2 (cinayət yolu ilə əldə edilmişəmlakı leqallaşdırma, təkrar törədildikdə), 193-1.2.3 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə ), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Ana səhifəSiyasət“QHT işi üzrə” təqsirləndirilənlərdən daha birinin məhkəməsi başlayıb