“QHT işi” üzrə təqsirləndirilənlərdən daha birinin- “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
2025-ci il martın 14-də “Hüquq və İnkişaf” İctimai Birliyinin sədri Hafiz Həsənov saxlanılıb.
Hafiz Həsənov Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Bu maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.
Martın 17-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə onun haqqında ev dustaqlığı qətimkan tədbiri seçilib.
Prosesə hakim Eldar İsmayılov sədrlik edəcək.
Məhkəmə oktyabrın 22-nə təyin edilib.