“Qara qutu"nun texniki vəziyyəti öyrənilir”
Təlim uçuşu zamanı radarlardan itib, qəzayha uğrayan MİQ-29 hərbi təyyarəsinin qara qutusu tapılıb. Bu barədə bazar ertəsi
Müdafiə Nazirliyi
məlumat yayıb.
Nazirlik bildirib ki, “qara qutu” artıq dənizdən çıxarılıb.
“Hazırda qurğunun içərisində olan məlumatların əldə edilməsi məqsədilə “qara qutunun” texniki vəziyyəti öyrənilir. Eyni zamanda təyyarənin qalıqlarının dənizin dibindən çıxarılması üzrə tədbirlər davam etdirilir”, – məlumatda deyilir.
Hadisə
iyulun 24-də ba verib. Polkovnik-leytenant Rəşad Atakişiyevin idarə etdiyi “MİQ-29” təyyarəsi radarlardan itib.
Təyyarənin axtarışlarına Türkiyədən dəvət olunan ekspertlər də cəlb edilib. Onların səyi nəticəsində təyyarənin bir neçə qalığı tapılaraq, dənizdən çıxarılıb.