Qəzaya görə avtobus sürücüsü ilə avtodəstə rəhbəri saxlanılıb

Bakıda avtobusların iştirakı ilə qəzalar davam edir

Source:


Bakıda avtobusların iştirakı ilə qəzalar davam edir


Sabunçu rayonu

nun Bakıxanov qəsəbəsində “Daewoo” markalı 208 saylı xətt avtobusu ilə məişət tullantıları daşıyan “MAN” markalı yük avtomobilinin toqquşması nəticəsində ölüm faktına görə iki nərəf saxlanılıb.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, yük avtomobilinin sol tərəfində yan güzgüdən tutaraq dayanan fəhlə Eldar Bayramov iki nəqliyyat vasitəsinin arasında qalaraq hadisə yerində ölüb.

Qəzadan sonra sərnişin avtobusunun sürücüsü Bakı şəhər sakini Şaməddin Cəfərov hadisə yerindən yayınıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin sürücü saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. Nazirlik bildirib ki, araşdırma zamanı onun nəinki sərnişin avtobusu idarə etmək üçün müvafiq kateqoriyasının, ümumiyyətlə sürücülük vəqisəsinin belə olmadığı məlum olub.

Sürücü Ş.Cəfərova müvafiq sənədləri olmadan sərnişin avtobusunu idarə etmək üçün verən “Magna Trans” MMC şirkətin avtodəstə rəhbəri Kamil Məmmədov da saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 265-1.2 (ümumi istifadədə olan nəqliyyat vasitəsinin istismara verilməsi qaydalarının pozulması, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Sabunçu Rayon Məhkəməsinin qərarı ilə sərnişin avtobusunun sürücüsü Ş.Cəfərov barəsində 4, “Magna Trans” MMC şirkətin avtodəstə rəhbəri K.Məmmədov barəsində isə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Oktyabrın 12-də saat 22 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində Bakı şəhər sakini Şaməddin Cəfərov idarə etdiyi “Daewoo” markalı 208 saylı xətt avtobusunu qarşıda gedən paytaxt sakini Vüqar Eyyubovun idarə etdiyi MAN markalı yük avtomobilinə vurub. Nəticədə MAN markalı avtomobilin arxa hissəsində olan fəhlə Eldar Bayramov hadisə yerində ölüb.

Bakıda periodik olaraq marşrut avtobuslarının iştirakı ilə qəzalar baş verir. Sonuncu belə hadisə

Binə qəsəbəsi

ndə baş verib. Avtobusun qatarla toqquşması nəticəsində 40-dan çox insan xəsarət alıb, iki nəfər ölüb.

Ana səhifəXəbərlərQəzaya görə avtobus sürücüsü ilə avtodəstə rəhbəri saxlanılıb