Qəzaya düşən avstriyalı idmançının öldüyü bildirilir (Yenilənib)

Xəstəxanadan bu barədə xəbər nə təsdiq, nə də inkar olunur.

Source:

20 iyunda  Meydan TV-yə Avropa Oyunları Komitəsinin adının açıqlanmasını istəməyən üzvündən daxil olan məlumata görə, Bakıda, Atletlər Kəndində avtobus qəzası zamanı ağır yaralanan və komaya düşən avstriyalı atlet Vanessa Şahinoviç dünyasını dəyişib.

Xəbəri eşidən kimi, Avstriya Qəza cərrahiyyə və idman travmatologiya şöbəsi ilə əlaqə saxladıq. Onlar xəbəri nə təsdiq, nə də inkar etdilər. Sadəcə bazar ertəsi bu haqda məlumat öyrənə biləcəyimizi vurğuladılar.

İki gün öncə atletin həkimi Mehdi Musəvi Avstriyanın ORFTV kanalına müsahibəsində demişdi ki, xəstə çox ağır şəkildə yaralanıb və sınıqları var. Vəziyyəti stabil olsa da, komadadır. Onun gələcəyi haqqında isə çox narahatdır.


19:57

 – Məlumatı dəqiqləşdirmək üçün Avropa Olimpiya Komitəsi ilə əlaqə saxlamağa çalışsaq da heç kim zənglərimizə cavab vermədi. Komitənin rəsmi saytında da  (az.baku2015.com) bu haqda heç bir məlumat yerləşdirilməyib.

Qeyd edək ki, Avstriyanın 3 sinxron üzgüçü təmsilçiləri Bakı Atletlər kəndində səki ilə gedərkən avtobusla qəzaya uğramışdı. 15 yaşlı Vanessa çoxsahəli sınıq xəsarətləri ilə dərhal Vyanaya geri qaytarılmışdı.

Yol-nəqliyyat hadisəsini törətmiş avtobusun sürücüsü Vəli Əhmədov həmin gün həbs edilmişdi.

Ana səhifəXəbərlərQəzaya düşən avstriyalı idmançının öldüyü bildirilir (Yenilənib)