Qəzada ölənlər arasında səfirin qardaşı da var

Hadisədə dünyasını dəyişənlərin kimliyi bəlli oldu

Source:

İyunun 23-də Bakının Heydər Əliyev prospektində baş vermiş avtomabil qəzasında dünyasını dəyişənlərdən biri də Azərbaycanın İsveç Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Adış Məmmədovun qardaşı Üzeyir Sakit oğlu Məmmədovdur. Bu barədə məlumatı “Azadlıq” qəzeti yayıb. Üzeyir Məmmədovun 41 yaşı var, onun müğənni Ağadadaş Ağayevin yeznəsi olduğu bildirilir.

Mərhumun yaxınları bu barədə heç bir məlumat vermir. Hadisə zamanı həyatını itirənlərdən biri İngiltərə vətəndaşı, BEGOC-da məsul şəxslərdən birinin oğlu, 1992-ci il təvəllüdlü Micah M.M’dir.

Bundan başqa, Rusiya vətəndaşı, 1975-ci il təvəllüdlü Elşad Eldar oğlu Hüseynov da dünyasını dəyişib. Qəza nəticəsində 1 Estoniya, 1 Nepal, 2 Böyük Britaniya vətəndaşı yaralanıb.

Hadisə baş verən gün heş bir rəsmi məlumat verilməyib. Ancaq Böyük Britaniyanın Azərbaycandakı səfirliyi Meydan TV-yə olayı təsdiqləyib. İyunun 24-də “Bakı 2015” Avropa Oyunlarının mərasimlərini təşkil edən “FiveCurrents” şirkəti qəza ilə bağlı bəyanat yayıb, şirkətlə müqavilə əsasında çalışan Britaniya vətəndaşının ölümündən təəssüfləndiyini vurğulayıb.

Ana səhifəXəbərlərQəzada ölənlər arasında səfirin qardaşı da var