Qeyri-sabit hava şəraiti sabaha kimi davam edəcək

Havanın temperaturu da aprelin 14-dən başlayaraq tədricən yüksələcək

Source:


Havanın temperaturu da aprelin 14-dən başlayaraq tədricən yüksələcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev

APA

-ya bildirib ki, aprelin 10-u gündüzdən başlayaraq aprelin 11-i, 12-si və 13-də ölkə ərazisində

hava

şəraiti dəyişib, qeyri-sabit keçib, yağış, dağlıq ərazilərdə sulu qar, qar yağıb.  Ən çox qar Qubanın dağlıq ərazilərinə yağıb və burada qar örtüyü 10 sm-ə kimi olub. Qar örtüyü Daşkəsəndə, Gədəbəydə, Göygölün dağlıq ərazilərində, Lerikdə, Kərvəzdə, Sarıbaşda da müşahidə edilib.

Bakıda və Abşeron yarımadasında da yağış yağıb, arabir güclənən şimal-qərb küləyi əsib.

Aprelin 13-də ölkə ərazisində qeyri-sabit

hava

şəraiti davam edəcək. Aprelin 14-ü gündüzdən etibarən ölkə ərazisində yağıntının tədricən kəsiləcəyi, aprelin 15-də isə əksər rayonlarda əsasən yağmursuz olacağı gözlənilir. Havanın temperaturu da aprelin 14-dən başlayaraq tədricən yüksələcək.

Azərbaycan qeyri-sabit

hava

şəraiti müşahidə olunsa da, temperatur iqlim normasına yaxın olub və bu, aprel ayı üçün xarakterikdir. Ayrı-ayrı illərdə də aprel ayında

hava

nın qeyri-sabit keçməsi, qar yağması müşahidə edilib.

Ana səhifəXəbərlərQeyri-sabit hava şəraiti sabaha kimi davam edəcək