Ərzaq məhsullarının qiymətləri 0,7 faiz artıb
2017-ci ilin yanvar-may ayları ərzində Bakıda istehlak məhsullarının və xidmətlərin qiymətləri yanvar-may aylarına nisbətən eyni səviyyədə qalıb.
Bakı Şəhəri Statistika İdarəsindən APA-ya verilən məlumata görə, bu müddət ərzində ərzaq məhsullarının qiymətləri 1,1 faiz, xidmətlər üzrə qiymətlər 1,3 faiz artıb.
Qeyri-ərzaq məhsullarının qiymətləri dəyişməyib.
Yanvar-aprel ayları ərzində paytaxtda istehlak məhsullarının və xidmətlərin qiymətləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,4 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,7 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 0,2 faiz, xidmətlər üzrə qiymətlər 0,4 faiz artıb.