”Qətibə Qarayeva Eldar Mahmudovun növbəti qurbanlarından biridir”

”Qayınanam vəfat edən gün mən Ədliyyə Nazirliyinin və Pentinsiar Xidmətin rəhbərliyinə müraciət etsəm də, heç bir reaksiya olmadı”

Source:
Qətibə Qarayeva
Qətibə Qarayeva
Qətibə Qarayeva
Qətibə Qarayeva


”Qayınanam vəfat edən gün mən Ədliyyə Nazirliyinin və Pentinsiar Xidmətin rəhbərliyinə müraciət etsəm də, heç bir reaksiya olmadı”

Aprelin 4-də həbsdə olan siyasi məhbuslardan Səid Dadaşbəylinin anası Qətibə Qarayeva uzun sürən xəstəlikdən sonra vəfat etdi. Ancaq qanunvericilik məhkumun  yaxınlarının hüzr mərasiminə buraxılmasına imkan versə də, Səid Dadaşbəyli bu imkandan məhrum edildi. Baxmayaraq ki, Səid Dadaşbəylinin anasının yas mərasimində iştirakına icazə verilməsi üçün müvafiq orqanlara müraciət edilmişdi.


Səid Dadaşbəylinin vəkili Elçin Qəmbərov “Azadlıq” qəzetinə məhbusa bu cür münasibətin qanuna zidd, həmçinin insanlığa sığmayan addım olduğunu bildirib. Vəkil yada salıb ki, dəfələrlə məhbusların öz yaxınlarının yas mərasimlərində iştirakına şərait yaradılıb.

“Qətibə Qarayeva Eldar Mahmudovun növbəti qurbanlarından biridir. 10 ilə yaxındır ki, bu qadın oğlunun qanunsuz həbsi ilə əlaqədar mübarizə apardı. Övlad dərdi onun dünyadan vaxtsız köçməsinə səbəb oldu”, – deyə vəkil bildirib.

Elçin Qəmbərovun sözlərinə görə, çoxlu sayda hüquq müdafiəçiləri Səid Dadaşbəylinin yas mərasimində iştirakının təmin edilməsi üçün müraciət etmişdi: “Lakin əfsus ki, bütün bunların nəticəsi olmadı. Bu biabırçılığa son qoymaq lazımdır”.

Səid Dadaşbəyli
Səid Dadaşbəyli

Səid Dadaşbəylinin həyat yoldaşı İlhamə Dadaşbəyli Meydan TV-yə bildirib ki, onlar Qətibə Qarayevanın 40 mərasiminə qədər prezident İlham Əliyevə bir daha müraciət edəcəklər: “Azərbaycanda valideynləri vəfat etmiş siyasi məhbuslar olub ki, yasa buraxılıb, ancaq bizə bu münasibətin səbəbi anlaşılmazlıqdır. May ayında Səidin həbs olunmasının 10 ili tamam olacaq. Bu müddətdə o, həbsxanada nümunəvi məhbus kimi qiymətləndirilib və heç bir şikayət nəticəsində cəzalandırılmayıb. Ancaq biz Səidə bu münasibəti anlamırıq. Qayınanam vəfat edən gün mən Ədliyyə Nazirliyinin və Pentinsiar Xidmətin rəhbərliyinə müraciət etsəm də, heç bir reaksiya olmadı”.

Səid Dadaşbəyli və onunlu birlikdə 10 nəfər 2007-ci ildə keçmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs olunub. Onlar dövlət çevrilişində ittiham olunaraq, uzunmüddətli həbslə cəzalandırılıblar.

MTN ətrafında baş verən olaylardan sonra həmin iş üzrə azadlıqdan mərhum edilmiş məhkumların valideynləri ölkə başçısına bir daha müracət edərək, övladlarının məhz Eldar Mahmudovun qondarma əməliyyatının qurbanı olduğunu bildiriblər. Onlar bu işin yenidən araşdırılmasını xahiş edirlər. Ancaq heç bir reaksiya yoxdur.

Ana səhifəXəbərlər”Qətibə Qarayeva Eldar Mahmudovun növbəti qurbanlarından biridir”