Qaradağ rayonu Şonqar qəsəbəsi sakinləri övladları üçün məktəb tələb edirlər. Qəsəbədə BP şirkəti 2009-cu ildə məktəb binası tikib. 4 il fəaliyyət göstərən təhsil ocağı hazırda bu vəziyyətdədir. Yüzlərlə şagird hər gün kilometrlərlə məsafə qət edib, Qızıldaşda məktəbə getməli olur. İcra nümayəndəsi deyir ki, onlar Təhsil Nazirliyinə müraciət ediblər və bu qurumdan cavab gözləyirlər. Amma qəsəbə sakinlərinin problemi məktəblə də bitmir.